Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart Azərbaycanlıların Soyqırımı günü

31 mart 2016 | 16:00

                   
31.03.2016-cı il tarixdə Xocalı rayon Mədəniyyət evində Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini Lamiyə Qarayeva bildirmişdir ki, 31 Mart Azərbaycanlıların Soyqırımı günündən 98 il ötməsinə baxmayaraq,  erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırım cinayətlərinin  və terror aktlarının iki yüz ildən artıq tarixi vardır. Sözsüz ki,  bu mənfur siyasətin həyata keçirilməsində məqsəd azərbaycanlıları öz tarixi torpaqlarından sıxışdırıb çıxarmaq və həmin ərazilərdə erməni millətçilərinin uydurduğu  “Böyük Ermənistan” dövləti yaratmaq idi. Bu siyasətin mərhələlərlə həyata keçirilməsi təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi almaqla iki əsr boyu vandalizmin qurbanı olmuş xalqımızın qan yaddaşında dərin izlər buraxmışdır.
Daha sonra isə 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı Xocalı rayon ictimaiyyətinin bir sıra nümayəndələri öz fikirlərini bildirmişlər. Belə ki, çıxış edənlər arasında Xocalı rayon Prokuroru Şıxəli Alməmmədov, Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev bildirmişdir ki,  mənfur düşmənlərimiz xalqımıza qarşı hər zaman məkirli siyasət yeritmiş və bəşər tarixində misli görünməmiş cinayətlərə əl atmışlar. Bununla da erməni millətçiləri xalqımızın müstəqillik və suverenlik uğrunda mübarizə əzmini qırmağa çalışsalarda, heç bir zaman öz istəklərinə nail ola bilməmişlər.
Sonda isə çıxış üçün söz Xocalı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubova verilmişdir. Öz çıxışında 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirmişdir ki, 1918-ci il martın 30-31-də erməni millətçiləri və bolşevik-daşnak ittifaqı xalqımıza qarşı misli görünməmiş cinayətlərə əl atmışlar. Belə ki, təkcə Bakı şəhərində bir neçə gün ərzində 12 mindən çox azərbaycanlı sırf milli-etnik zəmində qətlə yetirilmişdir. Həmçinin bu cinayətlər Azərbaycanın Quba, Qarabağ, Lənkəran, Şamaxı və digər bölgələrində də həyata keçirilmişdir.
Ümumiyyətlə, soyqrımı cinayətinin ictimai təhlükəliliyi hər hansı milli, irqi,etnik qrupun birdəfəlik olaraq yer üzündən silinməsi və ya bunun üçün müvafiq şəraitin yaradılması, həmçinin həmin qrupun tarixi, mədəni, mənəvi dəyərlərinin şüurlu şəkildə yer üzündən silinməsi və ya buna gətirəcək şəraitin yaradılması ilə xarakterizə olunur  ki, bütün bu həqiqətlər  Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklər sırasındadır.
    Ümumiyyətlə, ötən müddət ərzində Azərbaycan xalqı millətimizə qarşı törədilmiş bu soyqrımı aktlarının və terror cinayətlərinin dəhşətli miqyasının dünya ictimaiyyətinə çatdırılması istiqamətində xeyli iş görmüşdür. Bizim hər birimiz  məhz bu istiqamətdə möhtərəm prezidentimiz İlham Əliyev cənablarının yeritdiyi müdrik siyasəti dəstəkləməli və hər birimiz bir  Azərbaycan vətəndaşı olaraq öz üzərimizə düşən missiyanı  tam layiqincə yerinə yetirməliyik.
  Tədbirin sonunda “31 mart Azərbaycanlıların soyqırımı günü” ilə bağlı həqiqətləri özündə əks etdirən qısametrajlı film rayon ictimaiyyətinə  nümayiş olunmuşdur.

 

Keçidlər