Şriftin ölçüsü :

Saytın rəngi :

XOCALILAR QANVERMƏ AKSİYASINA QOŞULDULAR

06 fevral 2017 | 16:00

XOCALILAR QANVERMƏ AKSİYASINA QOŞULDULAR
        Xocalı Soyqırımının 25-ci ildönümü haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq Xocalı rayon İcra Hakimiyyəti kütləvi tədbirlər planı hazırlamışdır.        
        Bu məqsədlə 06.02.2017-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində qanvermə aksiyası keçirildi.  Aksiya "Xocalı şəhidləri, siz Vətən uğrunda canınızdan keçdiniz, biz Sizin yolunuzda qanımızdan keçirik" devizi altında baş tutdu. Qanvermə aksiyasında Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov və rayonun müəssisə, idarələri bütün tərkibi ilə iştirak etdilər. Günün sonunadək 100-ə yaxın insan talassemiyalı və hemofiliyalı xəstələrə dəstək üçün Xocalı rayon Mərkəzi Xəstəxanasında qan verdilər. Xocalı rayon İcra Hakimiyyətinin təşkilatıçılğı ilə təşkil olunmuş aksiyanın keçirilməsində Mərkəzi Qan Bankının Gəncə Bölməsinin əməkdaşları və Xocalı RMX-nin baş həkimi Məmməd Nağıyev başda olmaqla, xəstəxananın tibbi heyəti fəallıq göstərdilər. Aksiyaya həmçinin Xocalı rayon sakinləri, şəhid ailələrindən - Vətən torpağı uğrunda şəhid olmuş "Azərbaycanın Milli Qəhrəmanı" Araz Səlimovun həyat yoldaşı Aidə Ələkbərova, atasını və qardaşını şəhid vermiş Nazilə Məmişova, Xocalı faciəsində üç övladı ilə birlikdə həyat yoldaşını itirmiş Qaryağdı Quliyev və başqaları qoşuldular.

Keçidlər