Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımında şəhid olmuş 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 ədəd şam ağacı əkildi

09 fevral 2017 | 16:00

  "Xocalı Soyqırımının iyirmi beşinci ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Xocalı rayon İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına uyğun olaraq xocalıların kompakt şəkildə məskunlaşdığı Goranboy rayonunun  Meşəli qəsəbəsində Xocalı soyqırımı zamanı şəhid olmuş 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə ayrılmış sahədə 63 ədəd şam ağacı əkildi.
   Aksiyada Xocalı rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, Meşəli kənd İƏD-si üzrə nümayəndəliyi, Meşəli kənd sakinləri, Meşəli kənd tam orta məktəbin müəllim kollektivi və Xocalıdan olan şəhid ailələri iştirak etdilər. Xocalı soyqırımında şəhid olmuş 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 ədəd şam ağacı əkildi. Erməni quldurları tərəfindən şəhid olmuş uşaqların adı, doğum və şəhid olma tarixləri yazılmış lövhələr onların xatirəsinə əkilmiş ağacların qarşısında torpağa sancıldı.
    Aksiyada çıxış edən Xocalı rayon İH başçısının müavini, İctmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Lamiyə xanım Qarayeva,  bildirdi ki, şəhid olmuş "böyüməyən uşaqlar"ı adlarını  bu əkilmiş ağaclarla hər zaman qan yaddaşımızda saxlamalıyıq və onları bu əkilmiş fidanlarla qəlbimizdə yaşatmalıyıq. Sonda əlavə etdi ki, bütün xocalılar  inanır ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti məcburi köçkünləri öz doğma yurd-yuvalarına qaytaracaq. O zaman şəhid olmuş 63 uşaq üçün xatirə lövhəsi doğma Xocalımızda hazırlanacaq. Xocalı rayon İH başçısının müavini,  Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev çıxışında erməni quldurları tərəfindən amansızcasına qətlə yetirilmiş şəhidlərimizin ruhuna Allahdan rəhmət dilədi. Bildirdi ki, Cənab Prezidentimiz İlham Əliyevin yeritdiyi düzgün siyasət nəticəsində dövlətimiz  və Ordumuz gündən-günə inkişaf edir. Biz əminik ki, Cocuq Mərcanlı kəndində başlanmış "Böyük Qayıdış" layihəsi işğal olunmuş torpaqlarımızda davam edərək uğurla yekunlaşacaqdır.
   Şəhid olmuş uşaqların ailələri çıxış edərək bu dərin mənalı aksiyanın keçirilməsində başda Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov olmaqla, əməyi olan hər kəsə minnətdarlıqlarını bildirdilər.

Keçidlər