Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə ümumrayon tədbiri.

07 mart 2017 | 16:00

     07.03.2017-ci il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan  qadınlar, həmçinin ictimaiyyət nümayəndələri iştirak edirdilər.  Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva bildirmişdir ki,  “8 Mart Beynəlxalq Qadınlar Günü” Sovet İttifaqı dövründən bizə irs qalan bir gün olsa da, Respublikamızda indiyədək qeyd olunur. Heç təsadüfi deyil ki, qadınların kütləvi şəkildə savadlanması və müəyyən hüquqlara malik olması məhz bu dövrlə bağlıdır. Elə bunun üçün də digər sosializm mənşəli bayramlardan fərqli olaraq, “8 Mart Beynəlxalq Qadınlar Günü” artıq müstəqillik qazanmış keçmiş SSRİ Respublikalarının təqvimindən bu günə qədər silinməyib. Lamiyə xanım və çıxış edən digər ictimaiyyət nümayəndələri qadınları təbrik edərək, onlara cəmiyyətimizin ən zərif varlıqları kimi daim diqqət mərkəzində qalmalarını arzu etdilər. Hər il bayram günü ərəfəsində möhtərəm prezidentimiz İlham Əliyev cənabları “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, cəmiyyətimizdə intellektual-mədəni sərvətlərin yetişməsində əməyi olan, xüsusi mövqe tutan qadınlara fəxri adlar verir, orden və medallarla təltif edir. Məhz möhtərəm prezidentimiz İlham Əliyev cənablarının qadınlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, bu gün qadınlarımız cəmiyyətimizdə yüksək mövqe tutaraq, böyük nüfuz qazanmışlar.
     Sonda rayonun  ictimai-siyasi həyatında  xüsusi  rol  oynayan  qadınlar müxtəlif hədiyyələrlə təltif olundular.

 

Keçidlər