Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə aksiyası həyata keçirildi.

10 may 2017 | 16:00

10.05.2017-ci il tarixdə Xocalı rayon İH-nin təşkilatçılığı və “Azəravtoyol” ASC-nin 54 saylı Yol İstismarı İdarəsinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə 54 saylı Yol İstismarı idarəsinin ətrafında 94 ədəd şam ağacı nizamla torpağa əkildi. Ağacəkmə kampaniyasında Yeni Azərbaycan Partiyasının Xocalı rayon Təşkilatının sədri, Xocalı rayon İHB-sının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva, rayon müəssisə, idarə rəhbərləri və işçiləri iştirak etdilər. Ağacəkmə kampaniyasında fəallıq göstərən rayon 54 saylı Yol İstismarı idarəsinin əməkdaşları, əkilən ağaclara qulluq edilməsində də iştirak edəcəklər.

Keçidlər