Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı sakinləri Ulu Öndərin əziz xatirəsini daim uca tuturlar.

12 dekabr 2017 | 16:00

12.12.2017-ci il tarixdə Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Azərbaycan xalqının xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
     Anım tədbirində Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə rəhbərləri və rayon ziyalıları iştirak ediblər. 
     Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin "Heydər" parkında ucaldılan büstü önünə ehtiram əlaməti olaraq gül dəstələri düzdülər, xatirəsini dərin ehtiramla andılar.
     Xocalı rayon Mədəniyyət evində davam edən tədbirdə ümummilli lider Heydər Əliyevin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi, ulu öndərə Allahdan rəhmət diləndi.
     Tədbirdə çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söz açmış, ümummilli liderin Azərbaycan xalqının həyat şəraitinin, rifah halının artırılması istiqamətində gördüyü işlərdən, Ulu öndərin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasından, apardığı daxili və xarici siyasətdən, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanmasından, qəbul edilən mütərəqqi qanunlardan, azərbaycançılıq ideologiyasının milli ideologiyaya çevrilməsindən, dünya siyasətçiləri arasındakı reytinqindən, Azərbaycan dilinin, mədəniyyətinin, elmin inkişafına verdiyi töhfələrdən, əsası ulu öndər tərəfindən qoyulmuş ölkəmizdə aparılan gənclər siyasətindən danışıblar.
     Sonda Xocalı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin təşəbbüsü ilə hazırlanmış dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkillərdən ibarət videoslayd nümayiş etdirilib.

Keçidlər