Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası.

17 aprel 2018 | 16:00

17.04.2018-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirildi.
     Xocalı rayon İcra Hakimiyyətinin akt zalında keçirilən hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov,  idarə, müəssisə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
     Hesabat iclasının gündəliyində duran 3 məsələ - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti haqqında rayon üzrə təbliğat qruplarının gördüyü işlər və qarşıda duran vəzifələr, 11 aprel prezident seçkilərinin nəticələri haqqında məsələlər müzakirə edildi.
     Şahmar Usubov məruzə ilə çıxış edərək cənab İlham Əliyevin Nazirlər Kabinetinin ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş və yekun nitqini tədbir iştirakçılarına çatdırdı. Ölkəmizdə gedən sürətli və hərtərəfli inkişafı rayonumuzla əlaqələndirdi. Xocalıların müvəqqəti məskunlaşdığı qəsəbələrə turizm marşurutlarının təşkilinin faydalı olacağını vurğuladı.
     Rayonumuzun rəhbəri 11 aprel prezident seçkiləri ərəfəsində görülən işlərdən danışdı. Qeyd etdi ki, Prezident seçkiləri rayonumuzda mütəşəkkil formada keçirildi. Məntəqələrin otaq və texniki avadanlıqlarla təmin edilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, səsvermə hüququ olan şəxslərin siyahıya salınması və digər işlər vaxtlı-vaxtında aparıldı.
     Xocalılar hər zaman dövlətə və dövlətçiliyə sadiq olublar. 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsində 15 məntəqədə 6046 nəfərdən 4624 nəfər (76,48%) səs verib. Seçicilərin 86,09 faizi cənab İlham Əliyevə səs veriblər.
     Məruzə ətrafında çıxışlarda Xocalı rayon Sukanal İdarəsinin rəisi Ramil Rüstəmov bildirdi ki, idarə hal-hazırda 1009 abonentə xidmət göstərir. Əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq üçün tərəfimizdən bir sıra işlər görülmüşdür. Belə ki, idarənin daxili imkanları hesabına Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Börü və Meşəli qəsəbələrində boru xətlərində cari təmir və bərpa işləri aparılmışdır. Cari rübdə qəsəbədaxili küçələrdə müxtəlif diametrli su boru xətlərinin 75 metr hissəsi dəyişdirilmişdir. Müxtəlif diametrli 3 ədəd siyirtmə yenisi ilə əvəz olunmuş, 7 ədəd müxtəlif diametrli siyirtmə isə təmir olunmuşdur.
     Sonra gündəlikdə duran digər məsələlədən - Azərbaycan Respublikasının Prezidentinin fəaliyyəti haqqında rayon üzrə təbliğat qruplarının gördüyü işlər və qarşıda duran vəzifələrdən danışıldı. Görülən işlər qiymətləndirildi.
     Xocalı rayon İcra Hakimiyyəti Başçısının Kərkicahan qəsəbə İƏD üzrə nümayəndəsi Dərgah Haqverdiyev bildirdi ki, 122 saylı Xankəndi Seçki Dairəsinin Respublikanın 38 rayon və şəhərində məskunlaşan seçiciləri (4803 nəfər) 13 seçki məntəqəsində səs verdilər. Seçicilərin 31 nəfəri ilk dəfə səs verənlər idi. Seçicilərin 81 %-i seçkidə iştirak etmişdir ki, onların da mütləq əksəriyyəti cənab İlham Əliyevin lehinə səs veriblər.
     Xocalı şəhər İƏD üzrə nümayəndəsinin müavini Tacir Əzizov vurğuladı ki, Xocalı şəhər İƏD üzrə nümayəndəliyi 2080 ailə və 8139 nəfərdən ibarətdir. Əhalimiz respublikanın 53 rayonunda müvəqqəti məskunlaşıb. 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Xocalı rayonuna aid 15 seçki məntəqəsində Xocalı şəhər İƏD üzrə nümayəndəliyin 4004 nəfər seçicisi olmuşdur. Onlardan 76 %-i prezident seçkilərində iştirak etmişdir. Şəhər üzrə ilk dəfə səs verən seçicilərin sayı 71 nəfər olmuşdur. Bütün məntəqələrdə əhali seçkidə fəal iştirak etmişdir. Heç bir neqativ hal baş verməmişdir.
     Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov rayonumuzda gənclərin seçkidə fəallığından bəhs edərək 125 nəfər ilk dəfə səs verən, 1300 nəfər isə gənc seçicimizin seçkilərdə iştirak etdiyini bildirdi. Qeyd etdi ki, Xocalı rayon Gənclər və İdman idarəsi rayon İcra Hakimiyyəti, YAP Xocalı rayon təşkilatı və seçki məntəqəsinin üzvləri ilə birgə Gəncə şəhəri Yeni qəsəbə-2-də və Goranboy rayonunda Xocalı rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə həm ilk dəfə səs verəcək olan seçicilərlə, həm də ümumi rayon gəncləri ilə seçici fəallığının artırılması məqsədilə görüşlər keçirmişdir. Bunun nəticəsi olaraq gənclər seçkilərdə fəal iştirak ediblər.
     Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov bildirdi ki, 11 aprel prezident seçkilərində Xocalı rayon mədəniyyət işçiləri də fəal oldular. Prezident seçkilərinin nəticəsində cənab İlham Əliyevin qələbəsini Xocalı rayon ictimaiyyəti yüksək əhval-ruhiyyə ilə bayram etdilər. Xocalı rayon Mədəniyyət evinin qarşısında mədəniyyət işçilərinin milli musiqi ifaları ilə qələbə şənliyi təşkil edildi.
     Xocalılar ağır günlərində Ulu öndər Heydər Əliyevi xalqa köməyə səslədi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra dövlətimiz parçalanma təhlükəsindən qurtardı, ölkəmizdə əmin-amanlıq yarandı. Bu gün dövlətimiz etibarlı əllərdədir. Biz inanırıq ki, yaxın vaxtlarda doğma torpaqlarımıza qayıdacağıq.
     Sonda Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov gündəlikdə duran məsələlərə öz münasibətini bildirdi və rayonun idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər