Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə müvəqqəti məskunlaşan Xocalı rayon Kosalar kənd sakinləri ilə səyyar qəbul – görüş keçirdi.

13 sentyabr 2018 | 16:00

13 sentyabr tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə müvəqqəti məskunlaşan Xocalı rayon Kosalar kənd sakinləri ilə səyyar qəbul – görüş keçirdi. Problemlərin yerində öyrənilməsi, onların həlli istiqamətində kompleks addımların atılması məqsədilə keçirilən səyyar qəbul – görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, hüquq-mühafizə orqanlarının, idarə, məüssisə rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
     Səyyar qəbul – görüşdə şəhid anası Abdullayeva Şəkurə Əşrəf qızı şəhid  övladına düşən Cənab Prezident İlham Əliyevin müvafiq Sərəcamına uyğun olaraq birdəfəlik müavinətin alınması ilə bağlı köməklik göstərilməsini xahiş etdi. Kosalar kənd sakini Rəşidov Qorxmaz Arif oğlu əməkhaqqı kartların yerlərdə paylanmasının təmin edilməsi məsələsini qaldırdı. Digər sakinlər də müraciətlərini diqqətə çatdırdılar.
     Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev idarə və müəssisələrədə smartkart tipli elektron sayğacların quraşdırılmasının növbəti büdcə ilində nəzərə alınmasına köməklik gəstərilməsi üçün müraciət etdi.
     Cənab Şahmar Usubov qaldırılan məsələləri  diqqətlə dinlədi və həllini nəzarətə götürdü.

Keçidlər