Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirildi

31 yanvar 2020 | 16:00

31.01.2020-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 nömrəli uşaq musiqi məktəbində Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirildi.
     Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov tədbiri giriş sözü ilə açaraq İdarənin təşkilatçılığı ilə keçirilən tədbirlərdən, rayon gənclərinin təhsil, mədəniyyət, idman sahələrində əldə etdiyi nailiyyətlərdən danışdı.    
     Elməddin Bağırov  bildirdi ki, 1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olundu.
     Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
     Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatı Gənclər Birliyinin sədri Əlağa Ağayev məruzə ilə çıxışında ölkəmizdə aparılan gənclər siyasətindən danışdı. Qeyd etdi ki, Azərbaycanda gənclər siyasəti bu gün dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addmlar atmaqdadır.
     Xocalı rayon Təhsil şöbəsinin müdiri Şakir Əliyev rayon gənclərinin təhsil sahəsində əldə etdiyi nailiyyətləri, şagirdlərin bilik yarışlarında qazandığı uğurları diqqətə çatdırdı.
      “Xocalı RMX” Publik Hüquqi Şəxsin Baş Direktoru Aqil Məmmədov Xocalı adını yüksək tutmağın hər birimizin, eləc ədə gənclərin əxlaqi, mənəvi borcu olduğunu vurğuladı. Rayon gənclərinin zərərli vərdişlərdən uzaq durduğunu diqqətə çatdırdı.    
     Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsininn müdiri Lamiyə Qarayeva rayon gənclərini əlamətdar gün münasibətilə təbrik etdi.      
     Azərbaycanda gənclərə göstərilən bu etimadın, diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşdığını dedi. Xocalı rayon yeniyetmə və gənclərinin savadlı, bacarıqlı olması, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmaları çox qürurverici hal olduğunu bildirdi.
     Lamiyə Qarayeva ölkəmizdə 2020-ci ilin “Könüllülər ili” elan olunması Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə növbəti dəstəyini ehtiva etdiyini bildirdi.
     Xocalı rayon gənclərinin də könüllülük hərəkatında fəal olmaları onların öz bacarıqlarını nümayiş etdirmələrinə, layiqli yerlərdə işləmələrinə imkan yaradacağını qeyd etdi.   
     Sonda təhsil, mədəniyyət və idman sahələrində uğurlar əldə edən rayonumuzun yeniyetmə və gəncləri Xocalı rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırıldı.

Keçidlər