Şriftin ölçüsü :

Saytın rəngi :

"Xocalı soyqırımı"nın 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam edir.

14 fevral 2020 | 16:00

14.02.2020-ci il tarixdə Xocalı rayon Qaragav kənd tam orta məktəbində "Xocalı soyqırımı"nın 28-ci ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəbin şagird və müəllim kollektivi iştirak edirdi. Tədbir iştirakçıları ilk öncə soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
     Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Aydın Əliyev faciənin hansı tarixdə, kimlər tərəfindən təşkil olunduğunu açıqladı. Aydın Əliyev bildirdi ki, bu faciə insanlığa sığmayan bir hadisə idi. Xocalıda törədilmiş bu soyqırım Biz Azərbaycanlıların yaddaşından heç vaxt,  heç zaman silinməməlidir ki, bu faciə bir daha təkrarlanmasın.
     Daha sonra söz məktəblilərə verildi. V sinif şagirdi Orucov Emil "Çırpınırdı Qara dəniz" musiqisini səsləndirdi. VIII sinif şagirdi Rəşidli Elmir faciədən öncə Xocalı sakinlərinin yaşayışını əks etdirən, qayğısız yaşayan talehini anlatdı. VI sinif şagirdi Hüseynzadə Nigar "Xocalı" şeirini söyləyərək məzlum xalqın hazırlıqsız yaxalandığını canlandırdı. Tədbirdə söylənilən şeirlər və çıxışlar o gecəni sanki canlı şəkildə göz önünə gətirdi.
     Aparıcının "Yer üzündən silinən Xocalım, Ah-naləsi göylərə ucalan Xocalım" ifası ilə tədbir sona yetdi.

Keçidlər