Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentimizin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisidir.

03 iyul 2020 | 16:00

Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Məlum olduğu kimi, BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü dövlət başçımız tərəfindən 4 may 2020- ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı irəli sürülüb. Təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu daxilində müzakirə edilib və Hərəkata üzv olan 120 ölkə yekdilliklə Azərbaycan Respublikası Prezidentinin təklifini dəstəkləyərək təklifin BMT Baş Katibinə Hərəkat adından təqdim edilməsinə razılıq bildiriblər. Beləliklə də, cari ilin 13 may tarixində Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş Katibinə məktubla müraciət edərək Baş Assambleyanın xüsusi sessiyasının çağırılması müraciətini etdi. Hazırda bütün dünyanın qlobal pandemiya ilə mübarizə apardığı bir vaxtda bu qlobal bəla ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi yüksək əhəmiyyət kəsb edir. Bu mövzunun BMT Baş Assambleyası çərçivəsində yüksək səviyyədə müzakirəsi, əlbəttə dünyanın üzləşdiyi sağlamlıq böhranının nəticələrinin yumşaldılması və aradan qaldırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi və nəticədə dünyada sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərinə ciddi töhfə verəcək. Azərbaycan Prezidentinin təşəbbüsünə BMT-nin 130 ölkəsi, yəni üzvlərin 2/3-i tərəfindən milli qisimdə dəstək ifadə olundu. Azərbaycan Prezidentinin bu təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisidir. İnanırıq ki, xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcəkdir. Azərbaycan dövlət başçısının irəli sürdüyü bu təşəbbüs beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur və bu təşəbbüsü dəstəkləyən hər bir ölkə COVID-19-la mübarizədə maraqlı olan ölkədir.
Xocalı rayon Kosalar kənd tam orta məktəbin riyaziyyat müəllimi Əminə Əliyeva

Keçidlər