Şriftin ölçüsü :

Saytın rəngi :

İşğalçı dövlətin məkrli siyasəti onu uçuruma aparır

17 iyul 2020 | 16:00

İyul ayının 12-si günorta saatlarında erməni silahli birləşmələri Azərbaycan  - Ermənistan sərhədinin  Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Mənfur düşmənlər birinci dəfə deyil ki, dövlət sərhədində hərbi təxribatlar törədir. Onlar həmişə belə iyrənc əməllərə əl atırlar. Çünki, gündən-günə güclənən Azərbaycan ordusu onları qorxuya salır.  Elə buna görə də iyul ayının 12-də düşmən atəşkəs rejimini gobudcasına pozaraq,  hərbi təxribat törətdi. Bu təxribatlar nəticəsində bir neçə hərbiçimiz şəhid olmuş, bir neçəsi isə yaralanmışdır. Düşmənin törətdiyi bu təxribataın qarşısı qətiyyətlə alındı. Onlar laiq olduqları cəzaya cavabı aldılar. Azərbaycan öz dövlət sərhədini qorudu və erməni quldurları bir qarış belə Azərnbaycan torpağına keçə bilmədilər. Riyakar, ikiüzlü düşmən təxribat törətməklə yanaşı, beynəlxalq ictimaiyyətə müraciət edib özlərini haqlı çıxarmaq istəyir. Lakin düşünmür ki, bu məkrli siyasət onları uçuruma apararır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin beynəlxalq səviyyədə güclü lider kimi tanınır. BMT-nin 31-ci xüsusi sessiyasının Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi tarixi hadisədir və bu təşəbbüs 130-dan çox ölkə tərəfindən dəstəkləndi. Lakin Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb bir daha özünü rüsvay etdi. Bu səbəbdən mənfur düşmən beynəlxalq arenada bütün dayaqlarını itirməkdədir. Onların gücü yalnız atəşkəs rejimini kobudcasına pozaraq mülki əhaliyə güllə atmasına çatır. Bunu da onlar etdilər və bir daha  öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.
Mən bir Xocalı ziyalısı kimi deyirəm ki, ey mənfur düşmən, sən Azərbaycanımıza heç bir şəkildə qalib gələ bilməyəcəksən. Azərbaycanımın İlham Əliyev kimi güclü lideri var. Yenilməz Ordusu var. Biz Prezidentimizin  ətrafında yumruq kimi sıx dayanmışıq. Heç bir qüvvə bizim birliyimizi poza bilməz.
Allahın izni ilə, bir də ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə itirilmiş torpaqlarımızı tezliklə geri alacağıq.
Loğman Məmmədov,
Xocalı rayon  Başkənd kənd tam orta məktəbin müəlimi

Keçidlər