Şriftin ölçüsü :

Saytın rəngi :

Təbii ki, ölkə başçısı sərhəddə baş verənlərə laqeyd yanaşa bilmədi

20 iyul 2020 | 16:00

Məlum olduğu kimi İyul ayında Ermənistan, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribat törətmiş, bu çirkin əməl nəticəsində hərbiçilərimiz həlak olmuş və yaralanmışdır. Təbii ki, ölkə başçısı sərhəddə baş verənlərə laqeyd yanaşa bilməzdi. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası təşkil olundu. İclasda ölkə prezidenti son günlərdə ön cəbhədə baş verənlərlə bağlı gördüyü işlərdən,qarşıda duran məsələlərdən, XİN-nin yarıtmaz fəaliyyətindən, Türkiyə dövlət başçısının hər zaman Azərbaycana dəstək olacağını bildirdiyindən danışdı.
     Dövlət başçısı qeyd etmişdir ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisasi alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğramışdır. Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir sm belə Azərbaycan sərhəddini keçə bilməmişdir. Ermənistanda ümümi vəziyyət artıq böhranlı vəziyyətə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda ölkəmizin son zamanlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissi gücləndirilib. Xüsusilə beynəlxalq  təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurmuşdur. Ermənistan bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən hərbi təxribatlar törədərək mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistan ordusunun üzərinə düşür.
     Azərbaycan öz ərazi bütövlüyünü bundan sonrada qoruyacaq. Həlak olan hərbiçilərimizin qisası alındı və onların qanı yerdə qalmıyıb və qalmayacaq. Son günlər Tovuz rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular Müdaifə Nazirliyinə müraciət ünvanlayaraq ordumuza dəstək məqsədilə hərbi xidmətə çağırılmaqla döyüşlərə qatılmalarını xahiş edirlər. İşin bu səviyyəyə gələcəyi məlum idi. Ermənistan mütəmadi olaraq Azərbaycanda mülki əhalinin yaşadığı bölgələri atəş altında saxlayır, hücumlar edir. Hücumlar nəticəsində Azərbaycan  öz üzərinə düşən addımları atır. Biz qardaş Azərbaycanı qətiyyən yalnız buraxmayacağıq. Cənab İlham Əliyevlə danışıqlar aparırıq. Azərbaycandan bir nümayəndə heyəti Türkiyəyə göndəriblər, ətraflı danışıqlar aparılıb. Mən də onlarla görüşdüm. Biz həmişə Azərbaycanın yanındayıq. Bu sözlər qardaş ölkə olan Türkiyə prezidentinin çıxışındandır. Buradan məlum olur ki, Türkiyə Azərbaycanın hər bir çətin anında ona dəstək olur.
    Ölkə başçısının son çıxışından sonra hər kəsə aydın idi ki, Elmar Məmmədyarov vəzifəsindən azad ediləcək. Hər kəsin diqqətində olan yeni nazirin kimliyi idi. Çünki faktiki olaraq müharibədə olan ölkənin xarici siyasəti təcrübəli, etibarlı və ən əsası vətənpərvər məmura tapşırılmalıdır. Ölkə prezidenti artıq seçimini edib. Son 2 ildə Təhsil Naziri vəzifəsini tutan, ondan əvvəl isə dörd il nazirin müavini vəzifəsində işləmiş Ceyhun Bayramov bundan sonra Azərbaycanın Xarici siyasətini həyata keçirən orqana rəhbərlik edəcək.
Əminik ki, bu təyinat ölkə diplomatiyasının hər zaman adekvat fəaliyyət göstərməsinə öz tohvəsini verəcəkdir.


Venera Rəsulova,
Kərkicahan qəsəbə tam orta məktəbin müəllimi

Keçidlər