Şriftin ölçüsü :

Saytın rəngi :

Mövzu Vətən olarsa, heç bir fikir ayrılığı ola bilməz!

20 iyul 2020 | 16:00

Ermənistan unutmuşdur ki, Azərbaycan Ordusu keçən əsrin 90-cı illərindəki ordu deyildir. Artıq bizim püxtələşmiş ixtisaslı kadrlarımız, güclü ordumuz vardır. Dünyanın ən güclü ordularından sayılan Azərbaycan Ordusu bu gün istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Təəssüf ki, şəhidlərimiz də olmuşdur. Allahdan şəhidlərimizə rəhmət diləyir, Vətən sağ olsun deyirik. Xain ermənilərin ərazilərimizə hücum etməsi xəbəri bütün Azərbaycan Xalqını ayağa qaldırmışdır. Azərbaycan gəncləri küçələrə axışaraq “Şəhidlər ölməz, vətən bölünməz!”, ”Ya Qarabağ, ya ölüm!”  şüarları ilə Şəhidlər Xiyabanına kimi yürüş edərək Şəhidlərimizi ziyarət etmişlər. Belə bir məqamda ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyaların da bu prosesdən geri qalmaması, 143 siyasi partiyanın bir araya gələrək xalqın, dövlətin, əsgərlərimizin yanında olmalarını bəyan etmələri bir daha göstərdi ki, Vətən məsələsi, dövlət məsələsi olan yerdə heç bir fikir ayrılığı ola bilməz. Gənclərimizin kütləvi şəkildə ordu sıralarına yazılaraq düşmənə qarşı müharibəyə qoşularaq işğal altında olan torpaqlarımızı azad etmək arzusunda olmaları bunun bariz nümunəsidir.

Sayad Quliyeva,
Xocalı rayon sakini

Keçidlər