Şriftin ölçüsü :

Saytın rəngi :

"26 Fevral Xocalı Soyqırımını Unutma"

24 fevral 2021 | 16:00

23.02.2021-ci il tarixdə saat London vaxtı ilə 17:00, Bakı vaxtı ilə 21:00-da Birləşmiş Krallıqda yaşayan həmyerlilərimizin Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı "26 Fevral Xocalı Soyqırımını Unutma" başlığı ilə video formatda onlayn tədbir keçirilmişdir.
     Tədbirdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Azərbaycan Respublikasının Böyük Britanya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Hüquq elmləri doktoru Samir Vəliyev, Xocalı sakini Dürdanə Ağayeva, Publisist Kifayət Əhmədqızı, Moderator Shafiga Roberts, həmçinin Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iştirak etmişlər.
     Tədbirdə çıxış edən Şahmar Usubov Xocalı həqiqətlərini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Keçidlər