Şriftin ölçüsü :

Saytın rəngi :

Kosalar kənd mədəni - maarif işçiləri şəhid Əlizamin Ramazanlının ailəsini ziyarət ediblər

22 oktyabr 2021 | 16:00

Xocalı rayon Kosalar kənd Mədəniyyət Evinin, Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin, Xocalı rayon MKS-in Kosalar, Yaloba, Cavadlar kənd filiallarının və Yaloba, Başkənd, Cavadlar kənd klublarının işçiləri tərəfindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kəşfiyyatçı giziri, Vətən Müharibəsi şəhidi Əlizamin Ramazanlının Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında məzarı ziyarət edilərək, şəhidimizin məzarı üstünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
     Əslən Xocalı rayon Kosalar kəndindən olan “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmiş şəhidimizin ailəsi ilə görüş zamanı Rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışılıb və Vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağı bildirilib.

 

Keçidlər