Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasibətilə tədbir keçirildi

06 yanvar 2022 | 16:00

25 dekabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbində 31 Dekabr  - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasibətilə tədbir keçirildi.
     Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Ziya Aşırov, məktəbin müəllim və şagird kollektivi iştirak etdi.
     Tədbir açıq elan edilməmişdən əvvəl şəhadətə yüksəlmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
     Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiə Qarayeva çıxışında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etdi. Qeyd etdi ki, yola saldığımız 2021-ci il tarixi Azərbaycanın “Zəfər Tarixi” olaraq yaddaşlarımıza həkk olunmuşdur. Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək, bütün dünyaya bir daha sübut etdi ki, Qarabağ Azərbaycandır və daima belə də qalacaqdır. Vətən uğrunda canından, qanından keçmiş igidlərimiz sayəsində biz bayramlarımızı qələbə əhval-ruhiyyəsində qeyd edirik. 
     Bayram şənliyində məktəbin şagird kollektivinin iştirakı ilə 31 Dekabr  - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramına həsr olunmuş flaşmob nümayiş etdirildi.

 

 

Keçidlər