Şriftin ölçüsü :

Saytın rəngi :

Idman


1996-ci ildən fəaliyyət göstərir.Hal-hazırda Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi İ.Əsədov küçəsi 7 ünvanında yerləşir. Tel:022-24-74-5-42. İşçi sayı 2 nəfər ( Rəis; baş məsləhətçi )
Rayonda gənclər siyasəti və idmanın inkişafı istiqamətində işlər aparır. Gənclər siyasəti sahəsində işini əsasən gənclərin vətənpərvərlik, hərbi vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsi, zərərli vərdişlərin proflaktikası,gənclərə sağlam həyat tərzinin aşılanması, gənclərin problemlərinin həllinə dəstək, istedadlı gənclərin aşkar olunması və s. istiqamətlərində qurur. İdman sahəsində müxtəlif idman yarışları və turnirlər keçirməklə rayonda həm idmanın inkişafı həm də kütləviliyinin artırılması sahəsində tədbirlər həyata keçirir.

Rayonda olan İdman zalları.
- Goranboy rayon Aşağı – Ağcakənd qəsəbəsində İnşa olunmuş Xocalı şəhər 4 saylı orta məktəbin idman zalı. Ölçüləri 11 x 20
- Goranboy şəhərində inşa olunmuş Xocalı şəhər 1 saylı orta məktəbin idman zalı. Ölçüləri 11 x 20
İdman meydançaları:                                                                                                                                                                               - Gəncə şəhərində inşa olunmuş  Kosalar kənd orta məktəbin  idman zalı. Ölçüləri  11 x 20
Yeniyetmə və gənclərin idmanla məşğul olmaları məqsədilə rayon əhalisinin məskunlaşdığı Meşəli, Börü, Yuxarı – Ağcakənd və Aşağı – Ağcakənd qəsəbələrində MKSİF – nun (Məcburi köçkünlərin social inkişafı fondu) maliyyə dəstəyi ilə meydançalar inşa edilərək istifadəyə verilmişdir.

 

Gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər.
- Xocalı rayon Gənclər və İdman İdarəsi Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnamə əsasında Gənclər və İdman Naziri və Rayon İcra Hakimiyyəti Başçısı ilə razılaşdırılaraq təsdiq olunmuş tədbirlər planına uyğun olaraq öz işlərini quraraq gənclər siyasəti sahəsində aşağıdakı tədbirləri həyata keçirir. Gənclərin vətənpərvərlik, hərbi vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, dövlət atributları və rəmzlərinin təbliği, istedadlı və yaradıcı gənclərin aşkar olunması, gənclərin cinayətkarlıq, narkomaniya, QİÇS, alkoqolizm və digər zərərli vərdişlərdən kənarlaşaraq sağlam həyat tərzini seçməsi, Azərbaycan tarixinin coğrafiyasının milli- mənəvi və dini dəyərlərin təbliği, insan hüquq və azadlıqlarının təbliği, gənclərin elmə təhsilə marağının artırılması, tarixi günlərin təbliği, gənclərin məşğulluğunun artırılması, gənc ailələrlə və gənc sahibkarlarla işlərin aparılması problemlərinin təhlili və s. istiqamətdə müxtəlif formatda tədbirlər həyata keçirilir. İdman sahəsində həyata keçirilən tədbirlər.
Rayonumuzda hal hazırda idman məktəbi və heç bir idman klubu fəaliyyət göstərmədiyindən müəyyən çətinliklər olsa da idarə tərəfindən mütəmadi olaraq futbol, voleybol, stolüstü-tennis, kross, şahmat, dama, poliatlon çoxnövçülüyü üzrə rayon birincilikləri və turnirlər keçirilir, gənclər arasında idmanın təbliği və kütləviliyinin artırılması istiqamətində daim tədbirlər həyata keçirilir.
Gənclər və İdman sahəsində gələcəkdə həyata keçiriləcək tədbirlər. Gənclər Siyasəti haqqında Azərbaycan Respublikasının Qanununa və idarənin əsasnaməsinə uyğun olaraq gənclər siyasəti və idman tədbirlərinin həyata keçirilməsi, idman məktəbinin açılması həmçinin Azərbaycan Gəncliyi Dövlət Proqramında (2011 – 2015 – ci illər) qarşıya qoyulmuş işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

2014 – cü ildə rayon yeniyetmə və gənc idmançıları arasında yüksək nəticə göstərənlər:

 

1. Abışov Nurlan İltizam oğlu -  kinq-boksinq  üzrə Respublika çempionu, dünya çempionu (6 oktyabr 2012 Ərəbistan Kiş adaları).
2. Sadıqov Orxan Qədir oğlu -  (12-16 İyun 2012 Bərdə) Budo döyüş növü üzrə Respublika çempionu.
3. İbrahimli Rəvan Elman oğlu – (22 – 24 Sentyabr 2012 Ağcabədi) Budo döyüş növü üzrə Respublika çempionu
4. Məmmədov Sinan İqrar oğlu – (22 – 24 Sentyabr 2012 Ağcabədi)  Budo döyüş növü üzrə Respublika çempionu
5. Abışov Nihad İltizam oğlu – (12-16 İyun 2012 Bərdə) Budo döyüş növü üzrə Respublika çempionu
6. Lətifli Xəyal Zülfü oğlu - kinq-boksinq  üzrə Respublika çempionu, (27 Dekabr 2012 Biləsuvar) Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir I yer.
7. İsmayılzadə Arif Seymur oğlu – Aprel 2012-ci il Ukrayna respublikasının Xarkov şəhərində Çoxmübarizəli döyüş növü üzrə dünya çempionatında 2-ci yer, iyul-avqust  2012-ci il Gürcüstan respublikasında keçirilən beynəlxalq turnirlərdə iki dəfə 1-ci yerə layiq görülmüşdür.

8. Qəhrəmanov Aqşin Məzahir oğlu - VKS Karate döyüşü üzrə Azərbaycan çempionatında  I yer.                                                

9. Hüseynov  Emil Habil oğlu - VKS Karate döyüş növü üzrə Azərbaycan çempionatında  I yer.

10. Abışov Nihat İntizam oğlu  - VKS Karate döyüş növü üzrə Azərbaycan çempionatında  II yer.

11. Sadıqov Orxan Qədim oğlu - VKS Karate döyüş növü üzrə Azərbaycan çempionatında  III yer.

12.İsmayılzadə arif Seymur oğlu - Gürcüstanda  keçirilən  Çoxmübarizəli döyüş  növləri üzrə beynəlxalq turnirdə  I yer.

13. Məmmədov Kənan Qoşqar oğlu  - Cüdo üzrə Republika şəhərlərarası turnirdə I yer. 2013

 14.Nəsibov Vüqar Arzu oğlu - Velosiped idman yarışında Respublika çempionu. 2015

Keçidlər