Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN ÜÇÜN YAŞADI, AZƏRBAYCANLILAR ÜÇÜN YAŞAYIR.

12 dekabr 2014 | 16:00

 

  12. 12. 2014-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Ulu öndər Heydər Əliyevin  anım mərasimi keçirilmişdir.  Mərasimdə rayon ictimaiyyəti   “HEYDƏR PARKI”nda  Ümummilli liderin xatirəsinə ucaldılmış büstünü ziyarət etmiş. Abidənin önünə tər gül dəstələri düzmüşlər. Mərasim  RİH akt zalında davam etmişdir.
Mərasimi giriş sözü ilə açan Xocalırayon İcra Hakimiyyətinin Başçısı səlahiyyətlərini icra edən Vahid Əliyev  Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki əvəzsiz rolundan danışaraq qeyd etmişdir ki, Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətlərindən söhbət açmışdır.
Dahi şəxsiyyət olan Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən dərin hörmət və ehtiramla yad olunur. Bu günlərdə keçirilən çoxsaylı tədbirlər də buna sübütdür.
Çox illər keçəcək, lakin Azərbaycanın hər bir vətəndaşı dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə başçısı İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir.

Keçidlər