2 Fevral Azərbaycanda Gənclər Günüdür...
2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-ci ilin bu günündə keçirilib. 1997-ci ildən fevralın 2-si ümumilli lider, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. Bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib. Xocalı rayon gəncləri də bu günü qeyd etdilər. Belə ki, Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 02.02.2015-ci il tarixdə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov başda olmaqla, rayon idarə və təşkilat rəhbərləri, xüsusilədə gənclər iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov gəncləri bu gün münasibətilə təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır. Tədbirdə rayonun ictimai həyatında fərqələnən gənclər təltif olunmuşlar. Daha sonra tədbir geniş musiqi proqramı ilə davam etdirilmişdir.