H E S A B A T
02.12.2012-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin Akt zalında 2014-cü ilin sosial-iqtisadi inkişafın yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr haqqında şura iclası kecirilmişdir. İclasda Azərbaycan Respublikası Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin məsul işçisi Aqşin Əliyev, Millət vəkilləri Elman Məmmədov və Flora Qasımova iştirak etmişdirlər. İclasda Xocalı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubov çıxışında bunları qey etdi.
Azərbaycanın tarixinə Dövlət müstəqilliyimizin 23 - cü ili kimi daxil olmuş 2014- cü il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursu Respublika Prezidenti İlham Əliyev cənabları tərəfindən 2014 - cü ildə də uğurla davam etdirilmiş, dövlətimiz öz daxili resursları üzərində güclü iqtisadi zəmin yaratmış, gələcəyə böyük ümidlər formalaşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2014-cü ildə ölkəmizin qarşısında duran bütün vəzifələr uğurla icra edilmiş, Azərbaycan öz sürətli inkşaf tempini saxlaya bilmiş, iqtisadi və sosial proqramlar yerinə yetirilmiş, böyük layihələr icra edilmişdir.
Keçən il dünyada və bölgədə müxtəlif proseslər baş vermiş, gərginlik,demək olar ki, böyük dərəcədə artmışdır.Ancaq Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşamışdır.
Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda uğurlu xarici siyasət aparır. Keçən il həm qonşu, həm də Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkşafı üçün böyük işlər görülmüşdür. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır.
Regional məsələlərin həllində Azərbaycanın rolu əvəzolunmazdır. Ölkəmiz bir çox təşəbbüslərin müəllifidir. Bu təşəbbüslər real lahiyələrə çevrilir və onların icrası bizim imkanlarımızı artırır, ölkəmizə siyasi və iqtisadi dividendlər gətirir.
Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda fəal iştirak edir. Keçən il Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədirlik etmiş, bu dövr ərzində Avropada demokratiyanın inkşafına, insan haqlarının qorunmasına və ədalətin bərqərar olunmasına çox böyük töhfələr vermişdir. Xüsusilə ölkəmizin multikulturalizimlə bağlı təcrübəsi nadir xarakter daşıyır və bu təcrübə dünyada daha da geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qaraqbağ münaqişəsinin həllində keçən il də heç bir irəliləyiş olmamışdır. Ermənistan sadəcə olaraq danışıqlar prosesində imitasiya taktikasını seçmişdir və heç kimə sirr deyil ki, bu ölkə sülh istəmir. İşğalçı dövlətə təziq göstərilməlidir və o, məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Dünyada elə qüvvələr var ki, onlar maraqlıdırlar ki, bu münaqişə dondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təziq vasitəsi kimi istifadə etsinlər.
Ermənistan keçən il bir neçə dəfə açıq təxribatlara əl atmış, hər dəfə də Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtmuşdur. Bizim torpaqlarımızın işğal altında qalması sadəcə Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi.
2015-ci ildə biz ordu potensialımızı daha da gücləndirəcəyik. Hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfə çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir.
Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkşaf edən ölkədir. Davos Dünya İqtisadi Forumunun hesablarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətinə görə 38-ci yerə layiq görülmüşdür. Biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Bu, tarixi nailiyətdir.
2014-cü ildə ölkə iqtisadiyyatı uğurla inkişaf etmişdir. Iqtisadiyyatımız təxminən 3 faiz artmışdır. Bəzi ölkələrdə artım da yoxdur, əksinə, tənəzzül müşahidə edilir. Artım olan ölkələrdə bu, 1 faizə qədərdir.
Qeyri-neft sektorumuz 7 faiz artmışdır. Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir.
İnfilasiya çox aşağı səviyyədə olmuşdur-1,4 faiz. Əhalinin pul gəlirləri isə 4,8 faiz artmışdır. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələmişdir. Bu da insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir.
İl ərzində ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Onlardan 16 milyardı daxili sərmayədir. Eyni zamanda, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. Birbaşa qoyulan xarici sərmayələrin həcminə görə Azərbaycan bu bölgədə uzun illərdir ki, liderlik mövqeylərini saxlayır.2015-ci ildə bu istiqamətdə önəmli il olacaqdır.
Hazırda bizim 50 milyard dollardan çox valyuta ehtiyatlarımız vardır. Biz bu imkanlarda səmərəli şəkildə istifadə edirik. Həm valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq, eyni zamanda, ölkəmizin dayanıqlı tərəqqisi üçün bu imkanlardan istifadə edib iqtisadiyyatın inkişafına , infrastruktur lahiyələrinin icrasına böyük həcmdə vəsait qoyuruq.
Sosial sahə daim prioritetdir, bu il də prioritet olaraq qalacaq.Əməkhaqqı, pensiya artmışdır.Azərbaycanda orta aylıq əməkhaqqı artıq 600 dollara yaxınlaşır.400 min insana ünvanlı sosial yardım verilir, 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Dövlət tərəfindən hər ailəyə orta hesabla 155 manat, yəni 200 dollara yaxın vəsait verilir.
Hazırda Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. İşsizlik 5 faizdən aşağıdır. Bu rəqəmlər özlüyündə bizim uğurlu inkişafımızı təsdiq edir.
Ötən il 123 min yeni iş yeri açılmışdır ki, onlardan təxminən 100mini daimi iş yeridir. Dövlət Proqramının əvvəlindən-2004-cü ildən bu günə qədər 1 milyon 300 min iş yeri yaradılıbdır.İşsizliyin azadılması bunun hesabına mümkün olub . Ancaq bu daimi proses olmalıdır.
Sürətli iqtisadi inkişaf demoqrafik vəziyyətdə müsbət təsir etmişdir. Keçən il Azərbaycanda əhalinin sayı 116 min nəfər artmışdır.
Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir.Manatın sabit olması ilk növbədə, insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, əhalinin alıcılıq qabiliyyəti artır.Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir.
Əgər biz vaxtilə qeyi-neft sektorunda önəmli addımlar atmasaydıq, neftin qiymətinin bugünkü konyunkturası bizə çox mənfi təsir göstərə bilərdi.Ancaq bu gün 7 faiz səviyyəsində artan qeyri-neft sektorumuz görülən işlərin nəticəsidir. Buna regional inkişaf səviyyəsində artan qeyri-neft sektorumuz görülən işlərin nəticəsidir. Buna regional inkişaf proqramının icrası, sahibkarlığın inkişafı, düşünülmüş siyasət, sənayeləşmə siyasəti, xarici investisiyaların cəlb edilməsi, neftdən əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsi sayəsində nail ola bilmişik.
Bu il də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir. Dövlət tərəfindən sahibkarlara böyük mənəvi dəstək göstərilir. Güzəştli şərtlərlə verilən bu kreditlərin həcmi yüz milyonlarla ölçülür. Sahibkarlar da həm o imkanlardan istifadə etməlidir, eyni zamanda real sektorun inkişafına daha da çox sərmayə qoymalıdırlar.
2015-ci ildə bank resuslarının iqtisadiyyatın real sektoruna yönəldilməsi bizim üçün prioritet olcaq. İndi Azərbaycanda ticarət mərkəzləri,ofis və yaşayış binaları tikilir.İnsanların bu lahiyələrə ehtiyacı var. Ancaq ölkə iqtisadiyyatı üçün hazırda real sektora qoyulan vəsait prioritet təşkil edir.
Son illərdə biz ölkəmizin sürətli inkişafını təmin etmək üçün iqtisadiyyata böyük vəsait yönəltmişik. 2015-ci ildə ölkə iqtisaqdiyyatı, sosial sahə üçün lazım olan bütün digər layihələr, təbii ki, tam şəkildə icra ediləcək.
Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir və 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. Sumqayıt, Gəncə, Mingəçevir, Bakı şəhəri, xüsusilə Qaradağ rayonu bizim əsas sənaye mərkəzlərimizdir. Hər bir rayonda sənaye zonası yaradılmalıdır.
Biz bu il böyük metallurgiya kompleksinin tikintisini gözləyirik. Bizim təbii resuslarımız, filiz yataqlarımız var. Biz çalışmalıyıq ki, öz təbii resuslarımızdan maksimum dərəcədə istifadə edək və özümüz hazır məhsul istehsal edək. Bu layihə sənayemizin inkişafı üçün prioritetdir, minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq.
Keçən il nəqliyyatla bağlı işlər uğurla icra edilmişdir. 2014-cü ildə Ələt Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisi davam etdi və birinci hissəsi istismara verildi. Bakı-Tiblisi-Qars dəmir yolunun tikintisi artıq başa çatır Azərbaycan həm yük, həm sərnişin daşınmaları ilə artıq bir regional mərkəzə çevrilibdir. Dəniz ticarət limanın tikintisi, Bakı-Tiblisi-Qars dəmir yolunun inşası bir-biri ilə sıx bağlı olan məsələlərdir. Biz bu dəhlizləri gücləndiririk. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri Azərbaycan üzərindən keçir. Azərbaycanda yaradılan və yaradılacaq nəqliyyat infrastrukturu həm ölkəmizə, həm də qonşulara xidmət göstərəcəkdir.
Xəzər Gəmiçiliyi ilə bağlı işlər görülür, islahatlar aparılır, Azərbaycanda gəmiqayırma zavodunda artıq gəmilər istehsal olunur. Həm neft-qaz əməliyyatları üçün sifarişlər verilibdir, həm də hərbi məqsədlər üçün gəmilər tikiləcəkdir.
Azərbaycan Avropa istehlakçıları üçün əvəzedilməz ölkəyə çevrilir. Biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq və getdikcə bu rol artacaq. Çünki Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır.
Kerçən il “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu layihə bizim uzunmüddətli inkişafımızı daha da sürətləndirəcək. Bu layihəni XXI əsrin layihəsi adlandırırlar. Ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurlu icrası bu gün də təmin edilir. Bakı-Tiblisi-Ceyhan, Bakı-Tiblisi-Ərzrum, indi “Cənub” qaz dəhlizi, “Şahdəniz” yatağının işlənməsi, “Cənub” qaz dəhlizinin müəllifi Azərbaycandır. Bu layihənin aparıcı qüvvəsi də Azərbaycandır.
2014-cü ildə sosial obyektlərin inşası uğurla təmin edilmişdir,60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilmişdir. Bütün sosial proqramlar 2015-ci ildə də tam həcimdə təmin ediləcəkdir. Ünvanlı sosial yardım, əhalinin pul gəlirlərinin artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, evlərin tikilməsi - bütün bu proqramlar təmin ediləcək. Məktəb, xəstəxana tikintisi davam etdiriləcək.
Eyni zamanda infrastruktur layihələri,ilk növbədə içməli su ilə bağlı olan layihələr icra ediləcək. Bu il ən azı 300 artezian quyusu qazılacaq və ən azı 50 kənddə modul tipli su təmizləyici qurğular quraşdırılacaq. İçməli su layihələri bizim üçün hazırda infrastruktur layihələri arasında prioritetdir.
Keçən il kənd yollarının tikintisinə böyük vəsait ayrılmışdır. Bu il də bu proses davam etdiriləcək.
Qazlaşdırılma, elektirik xətlərinin təmiri, çəkilişi prosesi gedir. Bu infrsatruktur layihələri ölkəmiz üçün çox önəmlidir.
Meliorasiya ilə bağlı keçən il və 2013-cü ildə iki nəhəng layihəni istismara vermişik-Şəmkirçay və Taxtakörpü su anbarının tikintisi başa çatıbdır. Bu layihələrin davamı olaraq kanallar çəkilməli, yeni əkin səhələri dövriyyəyə buraxılmalıdır. Ona görə meliorativ tədbirlər də prioritet olaraq qalacaqdır. Bunlar bilavasitə ərzaq təhlükəsizliyi ilə bağlı olan layihələrdir.
Keçən il ərzaq təhlükəsizliyi ilə bağlı olan planlarımız vaxtında müəyyən olunmuşdur və icra edilməyə başlamışdır. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Azərbaycan bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq. Dövlət burada da fermerlərə öz dəstəyini göstərir, uzun illərdir ki, vergi güzəştləri həyata keçirilir. Dövlət tərəfindən texnika, cins mal-qara alınır, subsidiyaların verilməsi prosesi təkminləşdirilir. Məhsuldarlığın artırılması prosesi də çox önəmlidir. Biz yaxın gələcəkdə özümüzü bütün əsas ərzaq məhsullarımızla təmin etməliyik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etmişdir. Bu il ölkəmizin gələcək inkişaf dinamikasına xüsusi təsir göstərən kənd təsərrüfatı sahəsinə daha da böyük diqqət verilməlidir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi , yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin kefiyyətcə yeni mərhələyə keçməsini təmin etməlidir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparkların və iri fermer təsərrüfatının yaradılması kənd təsərrüfatının inkişafının əsasını təşkil etməlidir.
Ekologiya ilə bağlı məsələlər prioritet olraq qalır. Keçən il Azərbaycanda 4 milyona yaxın ağac əkilibdir. Bu proses həm Abşeron yarımadasında, həm bütün bölgələrdə gedir. Neftlə çirklənmiş ərazilər təmizlənir. Eyni zamanda, içməli su layihələri və digər layihələr ekoloji vəziyyətin yaxşılaşmasına xidmət göstərir. Bibiheybət, “Ağ şəhər”, Böyükşor. Bu il Zığ gölünün təmizlənməsi nəzərdə tutulubdur.
Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq və bu layihələr həm elimin inkişafına xidmət göstərir, idarəetmə məsələlərini təkminləşdirir, eyni zamanda, cəmiyyətdə hələ də mövcud olan xoşagəlməz halların qarşısını alır. “ASAN Xidmət” mərkəzlərinin açılmasını xüsusilə qeyd etmək lazımdır. Artıq 7 mərkəz fəaliyyət göstərir və iki il ərzində 3 milyon 500 min müraciət olunmuşdur və orada göstərilən xidmətlərin sayı artır, kefiyyəti yüksək səviyyədədir, cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Bu xidmət həm yenilik, rahatlıq gətirib, həm də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə ciddi dönüş yaradıbdır.
Bu il Bakıda birinci Avropa Oyunları keçiriləcəkdir. Təşkilat Komitəsi bütün vəzifələri icra edir. Bütün dövlət qurumları bu işdə fəal iştirak edirlər. Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər.
Bu il bizim gəlirlərimiz azalacaq. Builki Dövlət İnvestisiya Proqramı əvvəlki illərdən fərqlənir. Çünki dövlət tərəfindən qoyulacaq vəsait daha da azalacaq.Ona görə dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdırlar. İsrafçılığa yol verilməməlidir. Biz prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik. Ancaq prioritet düzgün seçilibdir və əvvəlki illərdə bir çox işlərin görülməsi imkan verir ki, biz artıq bu investisiya proqramımızı ixtisar edək. Eyni zamanda, hər bir dövlət strukturunda qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkminlləşdirilməlidir. Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidirlər.
2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək.Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmaları bizim sürətli inkişafımıza təsir edə bilməz. Biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik.
Azərbaycan Respublikası tərəfindən təsdiq edilmiş regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı “Dövlət Proqramı” nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” nın icrası ölkə Prezidenti cənab Ilham Əliyev tərəfindən nəzarətdə saxlanılmış və tam icrasına nail olunmuşdur.
Şəhər və rayonlarda abadlıq və quruculuq işlərinin aparılması nəticəsində regionların xarici siması tamam dəyişmişdir.
Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş Dövlət Proqramlarının icrası nəticəsində qaçqın və məcburi köçkünlərin də həyat şəraitini yaxşılaşdırılması istiqamətində ciddi dəyişikliklərə nail olunmuşdur. 2003-cü ildə indiyə qədər Xocalı rayonundan olan 1669 məcburi köçkün ailəsi yeni fərdi yaşayış evi və ya mənzillə təmin olunmuşdur ki, buda ümumi ailələrin 41%-ni təşkil edir.
Rayonumuzda digər sahələrdə olduğu kimi, təmir-tikinti sahəsində də bir sıra işlər görülmüşdür. Ümumilikdə rayon ərazisində abadlıq işləri daim aparılır və həmin işlərə tərəfimizdən nəzarət edilir. Əvvəlki illər kimi 2014-cü ildə də, bir neçə obyektə əsaslı və cari təmir işləri üçün vəsait nəzərdə tutulmuşdur.
Belə ki, Goranboy rayonu ərazisində yerləşən 2 saylı uşaq bağçası və körpələr evinə əsaslı təmir üçün 8955 manat vəsait ayrılmış və təmir işləri yerinə yetirilmişdir.
Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən 4 saylı şəhər tam orta məktəbinə 15680 manat əsaslı, Yuxarı Ağcakənddə yerləşən 5 saylı şəhər tam orta məktəbinə isə cari təmir üçün 4883 manat vəsait ayrılmışdır. Təmir işləri yeni dərs ili başlayanadək başa çatdırılmış və hər iki məktəb şagirdlərin istifadəsinə verilmişdir. Aşağı Ağcakənd qəsəbəsində yerləşən 1 saylı uşaq bağçası və körpələr evinə də cari təmir üçün 2600 manat vəsait nəzərdə tutulmuş və orada da təmir işləri vaxtında başa çatdırılmışdır.
Ökəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsi, dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi.Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir.
2014-cü ildə rayonda sahibkarlığın vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə rayon İcra hakimiyyəti başçısı aparatının və Sahibkarlığa Kömək Milli fondunun birgə təşkilatlığı ilə kredit yarmarkası keçirilmiş və rayondan olan 69 nəfər fiziki şəxsə ümumiliklə 381 min manat məbləğində güzəştli kredit verilmişdir.
Rayonun ən aparıcı təşkilatları Təhsil,Səhiyyə və Mədəniyyət sahələridir.
Təhsil Şöbəsi- 2013/2014-cü tədris ilində Xocalı RTŞ tabeliyində olan 12 tam orta, 1 ibtidai məktəb və 1 UYM Xocalı rayon əhalisinin daha çox kompakt şəkildə məskunlaşdığı 6 bölgədə (Bakı ş, Gəncə ş, Şəki ş, Bərdə ş, Goranboy r, Oğuz r) fəaliyyət göstərir. Bu təhsil müəssisələrindən 10-u (Xocalı şəhər 1 saylı, 3 saylı, 4 saylı, 5 saylı, Kosalar, Başkənd, Yaloba, Meşəli, Cəmilli və UYM) “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ” Dövlət Proqramlarına uyğun olaraq inşa olunmuş yeni müasir tipli məktəb binalarında fəaliyyət göstərirlər. Digər 3 məktəbimiz (Xocalı şəhər 2 saylı, Kərkicahan qəsəbə, Qaragav kənd tam orta məktəblər) uyğunlaşdırılmış binalarda, 1 məktəbimiz (Kosalar kənd ibtidai məktəb) isə yerli məktəb binasında ikinci növbədə fəaliyyət göstərir.
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ” Dövlət Proqramına uyğun olaraq Gəncə şəhəri ərazisində salınmış qəsəbədə 2014-cü ildə 450 şagird yerlik müasir tipli məktəb binası tikilmiş və rayonun 3 ümumtəhsil məktəbi –Xocalı rayon Kosalar, Başkənd, Yaloba kənd tam orta məktəbləri bu binaya köçürülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Gəncə şəhəri ərazisindəki qəsəbənin və məktəb binasının açılışında iştirak etmişdir. Bu, rayon ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbət hissi ilə qarşılanmış , Ölkə Başçısının vətəndaşlara, məcburi köçkünlərə diqqət və qayğısının təzahürü kimi dəyərlənmişdir.
“Yerli İcra Hakimiyyəti orqanları haqqında Əsasnaməyə ” uyğun olaraq uşaqların təhsildən kənarda qalmamaları üçün Bərdə şəhər peşə liseyinin yataqxanasında məskunlaşan rayon əhalisinin uşaqları üçün Kosalar kənd ibtidai məktəb Bərdə şəhərinə köçürülmüş, Şəki rayonu Muradbulaq ərazisində məskunlaşan əhalimizin uşaqları üçün Qaragav kənd tam orta məktəbinin filialı açılmış, zəruri ehtiyac nəzərə alınaraq Xocalı rayon UYM Hacıkənd qəsəbəsindən Goranboy rayonuna köçürülmüşdür.
2013/2014-cü tədris ilinin əvvəlində rayonumuzun ümumtəhsil məktəblərində 144 sinif komplektində 1392 nəfər (onlardan 16 nəfəri evdə fərdi təhsilə cəlb olunmuşlar) şagirdin təlim-tərbiyəsi ilə 295 nəfər müəllim məşğul olmuşdur. Xocalı rayon UYM-də 10 qrupa 150 nəfər şagird cəlb olunmuşdur.
2013/2014-cü dərs ilinin sonunda respublikanın, eləcə də rayonumuzun ümumtəhsil məktəblərinin IX və XI siniflərində 2 fənn üzrə - ana dili və riyaziyyat fənlərindən mərkəzləşdirilmiş qaydada cavab kartı tətbiq edilməklə TQDK tərəfindən keçirilmiş buraxılış imthanlarına hazırlıq məqsədilə Xocalı RTŞ-də əmr imzalanmış, əmrdə buraxılış imtahanları modelinə uyğun sullar əsasında sınaq imtahanlarının keçirilməsi bir vəzifə olaraq RTŞ əməkdaşlarına və məktəb direktorlarına tapşırılmışdır. Təhsil Nazirinin əmrinə uyğun olaraq V-VIII və X siniflərdə sinifdən- sinfə keçirmə imtahanları ləğv olunmuş, yalnız IX və XI siniflərdə buraxılış imtahanları aparılmışdır. V-VIII və X sinif şagirdləri illik qiymətlər əsasında məktəb pedaqoji şuralarının qərarı ilə yuxarı sinfə keçirilmişdir.
2013-2014-cü illərdə Xocalı rayon təhsil müəssisələrini bitirib ali və orta ixtisas məktəblərinə qəbul olunanlar haqqında məktəblər üzrə müqayisəli cədvələ nəzər yetirək:
2013-cü ildə rayonun tam orta məktəblərini bitirən 76 şagirddən qəbulun səviyyəsi 43.42 % , 2014-cü ildə isə 42,57% olmuşdur. Cədvəl sistemindən də göründüyü kimi Xocalı şəhər 3 saylı, 4 saylı, 5 saylı , Kərkicahan qəsəbə, Yaloba, Meşəli, Cəmilli kənd tam orta məktəblərinin göstəriciləri qənaətbəxş deyil, rayonun orta göstəricisindən aşağıdır. Bu məktəblərdə ali məktəblərə qəbul olanların sayı məzun sayına görə olduqca aşağı səviyyədədir.
2014-cü il ərzində təlim-tərbiyənin çox ciddi pozulması halı qeyd olunmamışdır. Bir çox çətinliklər, köçkünlük problemi ilə üzləşməyimizə baxmayaraq məktəblərdə təlim-tərbiyə günün tələbləri səviyyəsində qurulmuşdur.
2014-cü il ərzində məktəblərimiz bina şəraiti və tədris üçün lazım olan ilkin avadanlıqlarla (parta, yazı taxtası, müəllim stolu və stulları, kitab rəfləri, şahmat ləvazimatları, dərsliklər və s) əsasən təmin olunmuşlar. Məktəblərimizdə olan dərslik fondunun və 2013-cü ildə Təhsil Nazirliyindən alınan 31 adda 2022 ədəd dərsliyin hesabına 2013/2014-cü tədris ilində I-XI sinif şagirdlərimizin pulsuz dərsliklərlə təminatı 100% olmuşdur. 2013/2014-cü dərs ilində I-VI siniflərdə dərs deyən və kursdan keçməsi zəruri olan müəllimlərimiz təlim kurslarında iştirak etmişlər. 2013/2014-cü tədris ilində I-VI siniflərdə dərslər yeni tərtib olunmuş fənn kurikulumları əsasında tədris olunmuşdur. Bizim təhsil müəssisələrimizdə hal-hazırda 84 kompüter vardır. Bu da hər 17 şagirdə bir kompüter deməkdir.
2014-cü ildə şagirdlərin ana dili, Azərbaycan tarixi və Azərbaycan coğrafiyasını dərindən öyrənmələrinə diqqət gücləndirilmişdir. Xocalı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin göstərişinə əsasən, “Heydər Əliyev irsinin öyrənilməsi” məqsədilə tarix dərslərinin Heydər Əliyev mərkəzlərində keçirilməsi rayonumuzun bütün ümumtəhsil məktəblərində tətbiq olunmuşdur. Həmçinin şagirdlərin Xocalı rayonunun, Qarabağın eləcə də, müvəqqəti məskunlaşdıqları rayonların, kəndlərin tarixi və coğrafiyasını öyrənmələri təmin edilmişdir. Bu məqsədlə yazılı sorğular, test yoxlamaları, müxtəlif müsabiqə, o cümlədən inşa müsabiqəsi və olimpiadalar, bilik yarışları bilavasitə şagirdlərin iştirakı ilə aktual sayılan mövzulardan praktik konfranslar, ekskursiyalar təşkil olunmuşdur. Fənlərin tədrisini gücləndirmək məqsədilə müxtəlif səpgili tədbirlər keçirilmişdir. 2014-cü ilin sentyabrından rayon ümumtəhsil məktəblərinin VIII sinif şagirdlərinə Qarabağın tarixi fənni tədris olunmağa başlamışdır. Şagirdlərin hərbi - vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə məktəblilərin hərbi hissələrdə hərbçilərlə görüşləri təşkil olunmuşdur.
Təhsil sahəsində bir sıra ciddi qüsurlar da var. Belə ki, Təhsil şöbəsində metodistlərin bəzilərinin öz işlərinə məsuliyyətlə yanaşmamaları və işə davamiyyətin zəif olması bu qüsurlar sırasına daxildir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında YYÇİ-nin HM üzrə fəaliyyət göstərən şöbə komissiyanın tərkibində 2003-cü ilin iyul ayından fəaliyyətdədir.
Komissiya fəaliyyətə başladığı vaxtdan öz işini günün tələbləri səviyyəsində qurmaq üçün xeyli iş görmüşdür. Komissiya hər il illik iş planını hazırlayır və rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilir. Bununlada nəzərdə tutulmuş məsələlərin vaxtında icrasına nəzarət komissiya tərəfindən gücləndirilmişdir. Fəaliyyət başladığımız ilk günlərdən Xocalı rayon İcra Nümayəndəliklərinə yetkinlik yaşına çatmayanların siyahısını almaq üçün nümayədələklərdə olduq və müəyyənləşdirdik ki, 2014-cü ildə rayon üzrə 1-14 yaş və yetkinlik yaşına çatmayanların sayı 4339 nəfərdir. Bu il ilk dəfə olaraq YYÇ əlavə 1-14 yaş uşaqlarında siyahısı nümayəndəliklər tərəfindən bizə də göndərilmişdir. Rayon üzrə yaş qruplarına görə 1-14 yaşlıların sayı 2664 nəfər, 15 yaş 422 nəfər, 16 yaş 386nəfər, 17 yaş 415 nəfər, 18 yaş 452 nəfər göstərilmişdir.
Komissiya iş planında nəzərdə tutulmuş yaşı 15-18 yaş olan şəxslərin işlədikləri sahələri müəyyənləşdirmək üçün rayon İcra nümayəndəliklərinə göndərdiyimiz məktublardan aldığımız cavablarda araşdırdıq ki, rayon üzrə işləyən 20 nəfər yetkinlik yaşına çatmayan var ki, bu da Xocalı şəhər nümayəndəliyinə aiddir. Komissiya iş planında nəzərdə tutulmuş rayonun ümumtəhsil məktəblərində uşaq və yeniyetmələrin orta təhilə cəlb edilməsi və təhsildən yayınmaq hallarının qarşısını almaq məktəbəqədər təlim-tərbiyyə ocaqlarında uşaqların təhsil almaları və tərbiyyə olunması idarə, müəssisə və təşkilatlarda iş şəraiti ilə tanış olmaq, təhsildən yayınma hallarına qarşı mübarizə işini gücləndirmək, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə, onun insan orqanizmi üçün zərərli nəticələri və belə hallara qarşı aparılan profilaktika tədbirləri barədə təlim-tərbiyyə müəssisələrində (məktəblərdə və ictimai yerlərdə) müntəzəm söhbətlər keçirmişdir.Yeniyetmələrin zərərli vərdişlərdən, yəni tütün məlumatlarından və alkoqollu içkilərin alqı-satqısından kənar tutmaq məqsədi ilə Xocalı rayon Polis Şöbəsində YYÇİ üzrə inspektoru Sadiq Alıyevlə və rayon Gənclər İdman İdarəsinin rəisi Natiq Quliyevlə müntəzəm olaraq rayon sakinlərinin məskunlaşdığı ərazilərdə yeniyetmələr, valideyinlər, pedoqoji kollektivlə birgə söhbətlər və təhlillər aparılmışdır. 1,3,4,5 saylı Cəmilli və Meşəli kənd məktəblərində reydlər keçirilmişdir. Yeniyetmələrlə apardığımız söhbətlər zamanı məlum oldu ki, onlar asudə vaxtlarını futbol, voleybol və başqa idman növləri ilə məşğul olurlar. Rayon Mərkəzi Xəstəxanası tərəfindən yeniyetmə və uşaqlara vaxtı-vaxtında səhiyyə xidmətləri göstərmişlər. Komissiyamıza il ərzində 7 nəfər ərizə ilə müraciət etmişdir. Bunlardan da 5 övladlığa götürmə ilə bağlı 1 nəfər uşağın adının dəyişdirilməsi ilə bağlı bir nəfər isə aliment və uşaqla ünsiyyətdə olmaq barəsində müraciət etmişdir. Daxil olan sənədlərə vaxtında baxılmış və hər birinin işinə köməklik göstərilmişdir.
Rayon üzrə fərdi təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud olan şagirdlərin sayı 10 nəfərdir və bunlarlada müəllimlər evlərdə məşğul olurlar.
Səhiyyə şöbəsi- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində istifadə olunan İxtisasların və vəzifələrin nomenklaturası haqqında Səhiyyə Nazirliyinin təsdiq etdiyi 05.01.2004 cü il tarixli ştat cədvəlinə əsasən rayon əhalisinə səhiyyə xidməti – 1 Rayon mərkəzi Xəstəxanası (poliklinika şöbəsi ilə birlikdə), 4 Həkim Ambulatoriyası, 9 feldşer mama məntəqəsi olmaqla əhalimizin daha sıx, kompakt şəkildə məskunlaşdıqları yerlərdə göstərilir. Rayon səhiyyə obyektlərində birlikdə 135.5 ştat vahidi nəzərdə tutulmuşdur ki, bunun da 22.75 ştat vahidi vakantdır. Beləliklə, Rayon Səhiyyə obyektlərində 119 nəfər işçi çalışır, bunun 99 nəfəri qadın, 20 nəfəri kişidir. İşçilərin 19 nəfəri ali təhsilli, 58 nəfəri orta ixtisas təhsilli, 42 nəfəri isə orta təhsillidir. İşçilərin orta aylıq əmək haqqı 131 manatdır.
Həkimlər və orta tibb heyyətindəki vakant yerlərin əmələ gəlmə səbəbi Səhiyyə Nazirliyi tərəfindən RMX – nın ştat cədvəli təsdiq olunarkən əsas ixtisas həkimlərinin 0.5 ə.v.h təsdiq olunması və kadr çatışmazlığından xəstəxananın stasionar şöbəsinin işləməməsidir. Bu barədə dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etməyimizə baxmayaraq məsələ öz müsbət həllini tapmamışdır.
Rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri 2014-cü il ərzində “Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai – siyasi və hümanitar məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə tədbirlər planına və rayon səhiyyə şöbəsinin iş planına uyğun olaraq rayon əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Belə ki, əhali arasında sanitariya maarifi işinin təşkili, sanitar – epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yolxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmlə mübarizə işinin yaxşılaşdırılması və s. istiqamətində işlərini təşkil etmiş, məktəblərdə, müxtəlif idarə və təşkilatlarda, əhalinin sıx olduğu yerlərdə görüşlər keçirmiş, mühazirələr oxumuşlar.
Gigiyena Epidemiologiya Mərkəzi ilə birlikdə rayon səhiyyə obyektləri yolxucu xəstəliklərə qarşı mütəmadi olaraq proflaktik tədbirlər həyata keçirmiş, qrafikə uyğun olaraq vaxtlı – vaxtında peyvənd işləri aparılmış ( vərəm əleyhinə 187, HİP əleyhinə 151, GDT əleyhinə - 180) , əhali arasında tibbi müayinələr keçirilmiş , qeydiyyata götürülməli xəstələr qeydiyyata götürülmüş, tibb müəssisələrində və qəsəbələrdə sanitar- gigienik və əks epidemik tədbirlər həyata keçirilmiş, hər həftənin 5-ci günləri bütün səhiyyə obyektlərində iməciliklər təşkil olunmuş, ağacəkmə kompaniyası davam etdirilmiş, sanitar təmiziliyi və abadlaşdırma işləri aparılmış, həyətyanı sahələrin tullantılardan təmizlənməsi, şumlanması və s. işlər görülmüşdür. Ulu öndər H.Əliyev və görkəmli alim – oftalmoloq Zərifə xanım Əliyevanın 91 illik yubleyləri münasibətilə bütün səhiyyə obyektlərində stendlər təşkil olunmuşdur.
Əlillər və imtiyazlı şəxslərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyədə aparılan islahatlara dair, səhiyyə və təbabətin aktual məsələləri barədə təbliğati işlər gücləndirilmişdir. İmtiyazlı xəstələrə (13 nəfər), onkoloji xəstələrə (5 nəfər), nevroloji xəstələrə (83 nəfər), ürək-qan dövranı sistemi xəstələrinə (197 nəfər), tənəffüs sistemi xəstələrinə (182 nəfər) və s. imkanımız daxilində büdcədən ayrılmış vəsait hesabına tibbi yardım göstərilmişdir.
Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilmiş, aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, lazım olan tədbirlər həyata keçirilmişdir.
Mütəmadi olaraq uşaq bağçaları və məktəblərdə tibbi müayinələr aparılmış (işçilər, şagirdlər və uşaqlar arasında), onlara tibbi yardım göstərilmiş, lazım olan dərman və sarğı materialları ilə təchiz olunmuşlar.
2013 – 2014- cü illər ərzində Rayon Səhiyyə Obyektlərində aşağıda qeyd olunan bəzi statistik göstəricilərə nəzər yetirək:
2014-cü il ərzində Xocalı RMX – sı və digər Səhiyyə Obyektlərinə işə qəbulla əlaqədar 5 ərizə daxil olmuş və hər bir ərizəçi müvafiq işlə təmin olunmuşdur. Onlardan bir nəfər RMX –nın Poliklinika şöbəsinə həkim - stomatoloq, 1 nəfər tibb bacısı, 1 nəfər katibə - makinaçı, 2 nəfər isə xadimə vəzifəsinə təyin olunmuşlar.
RİH başçısının 2013-cü ilin yekunlarına dair hesabat yığıncağında haqlı olaraq bizə ünvanlanmış: hamilə qadınların vaxtlı - vaxtında qeydiyyata götürülməməsi və müayinəyə cəlb olunmaması, RMX-nın istilik sisteminin normal vəziyyətdə olmaması, bəzi məntəqələrimizin əhaliyə göstərdikləri tibbi xidmətin səviyyəsinin aşağı olması tərəfimizdən bir daha baxılmış, nəticə çıxarılmış və öz müsbət həllini tapmışdır.
Yerli İcra Hakimiyyətləri haqqında əsasnaməyə görə rayonun bütün səhiyyə obyektləri əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini bir daha təhlil edərək göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitar-epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin sanitar gigiyenik tələblərə cavab verməsi istiqamətində ciddi tədbirər görülməsi nəzərdə tutulmuşdur.
Mədəniyyət və turizm şöbəsi- Rayonumuzun icra strukturları Goranboy rayonu ərazisində fəaliyyət göstərdiyi üçün ərazimizdə turizmin inkişafı Goranboy rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirlir. Ancaq buna baxmayaraq məskunlaşdığımız Aşağı Ağcakənd ərazisinin Ağbulaq adlanan hissəsində sakinlərimiz sahibkarlığın inkişafı ilə bağlı bir neçə istirahət obyektləri inşa etdirmişlər ki, mövsümü aylarda ölkəmizin müxtəlif yerlərindən turistlər istirahət etmək üçün bura gəlirlər.
Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində 39 şəbəkə fəaliyyət göstərir. Bunlar 3 mədəniyyət evi, 3 uşaq musiqi məktəbi, 17 klub, 1 MKS, 14 kitabxana filialı və 1 tarix diyarşünaslıq muzeyindən ibarətdir.
Məlumat üçün bildirir ki, işlədiyi müddətdə işində yol verdiyi nöqsanlara görə rayon Mədəniyyət və Turizim şöbəsinin keçmiş müdiri Alim Rüstəmov tutduğu vəzifəsindən azad edilmişdir.
Köçkünlük şəraitində yaşayıb fəaliyyət göstərdiyimiz üçün mədəniyyət müəssisələrimizin heç də hamısı normal fəaliyyət göstərmir. Ancaq son bir neçə ildə mədəniyyət müəssisələrimizin müəyyən hissəsi köçkünlər üçün salınmış yeni qəsəbə və şəhərciklərdəki mədəniyyət obyektlərinə köçdükləri üçün normal şəraitdə işlərini aparırlar. Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə ölkə Prezidentinin Fərman və Sərəncamlarına uyğun Mədəniyyət və Turizm Nazirliyinin qərar və tapşırıqları, eləcə də, rayonun bütün tədbirləri imkan daxilində həyata keçirilib. Belə tədbirlərdən 8 mart Beynəlxalq Qadınlar gününü, baharın gəlişi və Novruz bayramını, Respublika günü 28 may, 15 iyun Qurtuluş gününü 18 oktyabr Müstəqillik günü, 9 noyabr Bayraq gününü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliklərini göstərmək olar. Eləcə də, 22 iyul Milli mətbuatımızın yaranma günü, Məhəmməd Füzulinin 520, Üzeyir Hacıbəyovun adı ilə bağlı olduğu üçün 18 sentyabr Milli musiqi gününü, görkəmli yazıçı İlyas Əfəndiyevin 100, Milli musiqimizə və mədəniyyətimizin inkişafında və zənginləşməsində misilsiz töhfələri olan görkəmli sənətkar Keçəçioğlu Məhəmmədin 150, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyləri şöbənin təşkilatçılığı ilə qeyd edilib. Keçəçioğlu Məhəmmədin 150 illik yubileyi, 3 saylı musiqi məktəbinin, Naxçıvan MR-nın yubileyi isə 1 saylı Uşaq musiqi məktəbinin kollektivləri ilə musiqi proqramı ilə təşkil olunub. Bütün tədbirlər şöbənin xüsusi VEB saytında yerləşdirilib və arayış formasında rayon İH-nin aidiyyatı şöbəsinə təqdim olunub.
Hacıkənd qəsəbəsində məskunlaşan, əsasən Xocalı rayon Kosalar kənd ərazi icra nümayəndəliyinin sakinləri üçün Gəncə Şəhəri yaxınlığında salınmış yeni qəsəbədəki mədəniyyət icma mərkəzində Hacıkənd qəsəbəsində fəaliyyət göstərən mədəniyyət müəssisələri yerləşib. Yaloba Tarix Diyarşünaslıq muzeyi qəsəbədə 4 otaqlı yaşayış evi ilə təmin edilib. Artıq əvvəlki illərlə müqayisədə rayonun mədəniyyət müəssisələrinin normal fəaliyyət göstərməsi üçün normal şərait yaradılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin rayonumuzun mədəniyyət müəssisələrində apardığı monitorinqin nəticəsi olaraq zəif fəaliyyəti olan 5 klub, 1 kitabxana filialının fəaliyyəti dayandırılıb. Yaloba mədəniyyət evi klub səviyyəsinə endirilib, iki ştat vahidi ləğv edilib. Həmin müəssisələrin işçilərinin fəaliyyətinə xitam verilib, son hesablaşma aparılıb. Bu 19,5 ştat vahidi, 22 işçi deməkdir. 0,5 ştat vahidi isə 1 saylı musiqi məktəbində dayandırılıb.
Hər bir məktəbin yekun nəticəsi həmin məktəbdən ali və orta ixtisas məktəblərinə qəbulun faizi və il ərzində keçirilən müsabiqələrdə əldə etdikləri nəaliyyətlərlə ölçülür. Ancaq məktəblərimizin məzunlarının orta ixtisas məktəblərinə qəbulun vəziyyəti ürəkaçan deyil. Məsələn: 1 saylı məktəbdə 17 şagird 2013 cü ildə məktəbi bitirib, onlardan 3 şagird orta ixtisas məktəblərində təhsillərini davam etdirirlər. 2014-cü ildə isə 18 şagirddən qəbul olanı yoxdur. 2 saylı məktəbdə 2013-cü ildə 18 şagird buraxılışı olub, onlardan 2 nəfəri orta ixtisas məktəbinə, 1 nəfər isə incəsənət universitetinə qəbul olub. 2014-cü ildə musiqi məktəbini bitirən şagirdlər tam orta məktəbi bitirmədiklərindən ali və orta ixtisas məkətəblətinə sənəd verən olmayıb. 3 saylı məktəbdə 2013 cü ildə 23 şagird buraxılıb. 1 nəfər Asəf Zeynallı adına Bakı musiqi kollecinə daxil olub. 2014-cü ildə 25 nəfər buraxılış olub, ancaq nə ali, nə də orta ixtisas məktəblərinə qəbul olan yoxdur. Son iki ildə ali və orta ixtisas məktəblərinə şagird qəbulunun vəziyyəti və işində məsuliyyətsizliyinə görə məktəbin keçmiş direktoru Ramiz Bəşirov vəzifəsindən azad edilmişdir. Məktəb direktorlarına tövsiyyəmiz budur ki, işlərində dönüş yaratsınlar, müəllimlərin dərsə davamiyyətlərinə nəzarəti gücləndirsinlər. Şagirdlərdə ixtisas məktəblərində təhsillərini davam etdirmək üçün həvəs yaratsınlar.
Gənclər və İdman sahəsi – Xocalı rayon Gənclər və İdman İdarəsi 2014 –cü il ərzində gənclər sahəsi üzrə aşağıdakı tədbirləri keçirmişdir:
Tədbirlər planına uyğun olaraq İlin yekunlarına əsasən statistik hesabatların toplanılması və monitorinqi, 2 Fevral “Gənclər günü” münasibətilə musiqili əyləncəli tədbir və keçirilmiş tədbirlər haqqında rayon mətbuat orqanında məqalələrin dərc edilməsi, Gənclərin hərbi xidmətə yolasalma mərasimlərində təbliğati işlər, Dövlət atributlarının təbliği ilə bağlı tədbir təşkil edilmiş, 20 yanvar faciəsini gələcək nəsillərə çatdırmaq məqsədilə “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda görüş, “Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır” mövzusunda rəsm müsabiqəsi, “ 5 Mart - Bədən tərbiyəsi və idman günü” ilə bağlı tədbir, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı “Mən Azərbaycan haqqqında nə bilirəm” mövzusunda gənc müəllimlər arasında intellektual yarış, “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda inşa yazı müsabiqəsi, Hərbi xidmətə yola düşən çağrışçıların yola salma mərasimlərində iştirakı, Fəal gənclərin Şəki şəhərinə səyahəti təşkil olunmuş, 26 iyul Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının il dönümü münasibəti ilə “Azərbaycan gəncliyi dünən, bu gün, sabah” mövzusunda dəyirmi masa, 12 avqust “Beynəlxalq gənclər günü”nə həsr olunmuş dəyirmi masa keçirilmiş, Vətənpərvərlik və hərbi vətənpərvərlik işləri çərçivəsində orta məktəb şagirdləri ilə görüşlər təşkil olunmuş, Yuxarı sinif şagirdləri arasında "Xəmsə" Milli intellektual oyunu, Bayraq günü ilə əlaqədar təşkil olunmuş təbliğatyönümlü tədbir, Rayonun orta ümumtəhsil məktəblərində narkomaniya və narkobizneslə mübarizə məqsədi ilə görüşlər, 12 Noyabr konstitutsiya günü münasibətilə dəyirmi masa və 31 dekabr Dünya Azərbaycanlılarının Həmirəylik günü və yeni il münasibəti ilə bayram tədbiri keçirilmişdir. Həmçinin 26 avqust 2014-cü il tarixində məktəblilər arasında “Xocalı soyqrımını” bütün dünyaya tanıtdıran Milli Qəhrəmanımız Çingiz Mustafayevin əziz xatirəsinə həsr olunmuş voleybol turniri keçirilmişdir.
Gənclərin məşğulluğunun təmin olunması, ixtisas və peşə hazırlıqlarının yüksəldilməsi məqsədilə Gəncə regional iqtisadi inkişaf mərkəzi ilə birgə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun dəstəyi ilə Aşağı – Ağcakənd və ətraf qəsəbələrdə yaşayan 21 nəfər gənc istədikləri peşə ilə bağlı təlim kurslarına cəlb olunmuş və bu kursları bitirdikdən sonra imtahandan keçən 19 nəfərə özlərinə iş yerləri təşkil etməsi üçün avadanlıqla təmin olunmuşdur.
12 nəfər aztəminatlı ailələrin övladlarından olan gənclərin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı şəhərində keçirilən Novruz şənliyinə, göndərilməsi təmin olunmuşdur.
Həmçinin rayondan kənarda keçirilən “Cəsurlar” hərbi idman və turizm oyunlarının zona birinciliyində, “Hünər” Vətənpərvərlik Mahnıları Festivalında, "Şahinlər" hərbi idman oyunlarının zona birinciliyində, "Xəmsə" Milli İntellektual Oyunlarının zona birinciliyində, "Xəmsə" Milli İntellektual Oyunlarının Respublika finalında, Mənim Azərbaycanım festivalında, Respublika gənclərinin VII forumunda, "Azərbaycan doğma diyarım" yay istirahət düşərgələrində, İstedadların hazırlığı labaratoriyasının respublika finalında və Kompüter oyunlarının IX Respublika çempionatının zona və final mərhələsində yeniyetmə və gənclərin iştirakı təmin olunmuşdur.
Onu qeyd edək ki, rayondan kənarda keçirilən Respublika çempionatında və beynəlxalq turnirlərdə Xocalı rayonundan olan 15 nəfər yeniyetmə və gəncimiz müxtəlif mükafatlara layiq görülmüşdür.
Ərazimizdə Heydər Əliyev mərkəzi olmasa da rayon İcra Hakimiyyətinin binasında Heydər Əliyev xatirə muzeyi təşkil olunub. Heydər Əliyev irsi 14 təbliğat qrupu tərəfindən öyrənilir və təbliğ olunur. Heydər Əliyev irsinin uşaqlar tərəfindən öyrənilməsi üçün də orta məktəblərdə “Gənc Heydərçilər” qrupları təşkil olunub. İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən təbliğat qruplarının ümumi yığıncağı keçirilir, apardıqları təbliğati işlərin hesabatı dinlənilir və onlara işlərinin təkmilləşdirilməsi üçün tövsiyyələr verilir. “28 may Respublika”, “ 15 iyun qayıdış, Ulu öndərin doğum günü və vəfat etməsinin anım günlərində və digər tarixi və bayram günlərində ərazidə məskunlaşan əhalinin bütün təbəqələrindən tədbirlərə cəlb olunur. Tədbirlərdə Heydər Əliyevin keçdiyi həyat yolu bir daha geniş təbliğ olunur. Keçirilən tədbirlər internetə yerləşdirilir.
Yetişməkdə olan gənc nəsilin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyyə olunması Təhsil Şöbəsi və ümümtəhsil məktəblərinin eləcədə Gənclər və Idman Idarəsinin ümdə vəzifələridir və bu istiqamətdə işlər aparılır. Məktəblilər arasında Milli qəhrəmanlarımız, doğma torpaqlarımızla bağlı inşalar yazılır, gənclər və yeniyetmə arasında idman yarışları və intellektual müsabiqələr keçirilir.Qaliblər fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunurlar.Rayonumuzda siyasi partiyalardan YAP Xocalı rayon təşkilatı və Milli dövlətçilik partiyası fəaliyyət göstərir.YAP Xocalı rayon təşkilatının 664 üzvü, Milli dövlətçilik partiyasının isə 30 nəfər üzvü var. YAP Xocalı rayon təşkilatı rayonda əsas aparıcı siyasi partiya kimi rayonun ictimai-siyasi həyatında böyük rol oynayır. Partiyanın “Gənclər birliyi” rayonun gəncləri arasında aidiyyatı qurumlarla bir çox tədbirlər həyata keçirir və keçirilən tədbirlər internetə yerləşdirilir. Rayonda qediyyatdan keçmə 12 qeyrihökumət təşkilatları var. Bu təşkilatlar əsasən 90-cı illərin əvvələrində yaradılıb. Yaradılan təşkilatlar ilk vaxtlar fəaliyyətləri ilə bağlı müəyyən işlər görürdülər. Ancaq son zamanlar həmin təşkilatların yarıdan çoxunun işi yox dərəcəsindədir. İctimai siyasi və humanitar məsələlər şöbəsinə tapşırılır ki, rayonda fəaliyyət göstərən qeyri hökümət təşkilatlarının hesabatları dinlənilsin, zəif fəaliyyəti olan təşkilatların bağlanması ilə bağlı təkliflərini versinlər.
Rayonda əsas informasiya vasitəsi “Xocalının səsi” qəzetidir.Qəzetdə əsasən Azərbaycan Respublikası Prezidenti İ.Əliyev cənablarının ölkənin ictimai-siyasi həyatında gördüyü işlər, aparılan quruculuq - abadlıq işləri, rayon İcra Hakimiyyətinin rayonda həyata keçirdiyi işlər vətənpərvərlik, narkomaniya qarşı mübarizə, həkim məsləhəti, keçirilən yarışlar və mədəniyyət tədbirləri, gənc yazarlar və s. mövzularda məqalələr və yazılar təhlil olunaraq dərc olunur. Qəzetdə verilən materiallar ictimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən müzakirə edilir və verilən məqalə və yazıların dolğun olunması tövsiyyə olunur.
Məskunlaşdığımız Aşağı Ağcakənd qəsəbəsi ərazisində hərbi hissə olduğundan müxtəlif tədbirlərə hərbi hissənin əsgərləri dəvət olunur və yaxud da gənclərimiz gənclər və İdman idarəsinin Mədəniyyət Şöbəsi ilə birgə hərbi hissələrdə təşkil etdikləri konsert proqramlı tədbirlərdə iştirak edirlər.Tədbirlərdə gənclərimizin əsgərlərlə təmasda olması gənclərimizin vətənə xidmətində böyük ruh yüksəkliyi yaradır.
Hüquq – mühafizə orqanlarına bir daha tövsiyyə edirik ki, cari ildə işlərini daha da yaxşı qursunlar və xidmət etdikləri ərazidə asayişin yüksək səviyyədə qorunmasını təmin etsinlər.
2013-cü ildə Respublikanın 11 bölgəsində olmaqla əhali ilə 42 səyyari görüş-qəbulları, 2014-cü il ərzində isə 10 bölgədə olmaqla beləki Bakı şəhərində 9, Gəncə şəhərində 7, Mingəcevir şəhərində 2, Şəki şəhərində 2, Bərdə rayonunda 3,Goranboy rayonunda 11, Yevlax rayonunda 2, Oğuz rayonunda 2, Göycay rayonunda 2, Ağdaş rayonunda 1 dəfə əhali ilə 41 səyyari-görüş qəbulları tərəfimizdən keçrilmişdir.
Keçirilən qəbulların nəticəsi aşağıdakı kimidir.
Mövzu İllər üzrə Fərq
+ Həllini tapan Fərq
+ İcratada olan Fərq
+
2013 2014 2013 2014 2013 2014
Qaldırılan təklif 134 124 -10 99 78 -21 35 46 +11
İqtisadi məsələlər üzrə 19 9 -10 17 4 -13 2 5 +3
Sosial və humanitar 66 92 +26 47 63 +16 19 29 +10
İnfrasturuktur məsələlər üzrə 49 23 -26 35 11 -24 14 12 -2
2013-cü ildə qaldırılmış təkliflərin 74% , 2014-cü ildə isə 63% -i icra olunmuşdur. Qalan təkliflər isə icrata götrülmüşdür. Bunlar Gəncə şəhərinin yataqxanalarda məskunlaşmış əhali üçün yeni yaşayış massivinin salınması və digər bölgələrdə müvəqəti məskunlaşmış evlə təmin edilməmiş məcburi köçgünlərin evlə təmin edilməsi salınmış yeni yaşayış massivlərində xeyir-şər evinin inşa edilməsi və.s.
Səyyari qəbullar zamanı irəli sürülmüş təkliflər Azərbaycan Respublikası Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinə vaxtı-vaxtında elektron poçt vəsitəsi ilə göndərilmişdir.
Aparılan təhlildən məlum olur ki, ilbəil müraciət edənlərin sayı azalır, qaldırılmış təkliflərin həllində isə müsbət dəyşiliklər olmuşdur. Bu onunla bağlıdır ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına ölkə Prezidenti cənab İlham Əliyev daima diqqət və qayğı göstərir. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların qəbulu hər həftənin 2 günü keçirilir. Keçirilən qəbullar yazılı və şifahi şəkildə qeydə alınmışdır. Beləliklə 2013 və 2014-cü illərdə vətəndaşların qəbulları icra nümayəndəliklərində aşağıdakı kimidir;
s/s Nümayəndəliyin adı 2013 2014
1 Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 100 92
2 Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 230 172
3 Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 82 43
4 Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 41 38
5 Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 31 25
Təhlil göstərir ki, İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə əhalinin qəbul edilməsi yaxşı təşkil olunmuşdur. Ona görə də RİH Aparatına müraçiət edənlərin sayı ilbəil azalmaq üzrədir.
2014-cü ildə rayon İcra Hakimiyyəti başçısı yanında 26 Şura iclası keçrilmişdir. Şura iclasında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən 9, İctimai-siyasi və humanitar məsələlər şöbəsindən 6, Aqrar məsələlər şöbədən 3, Ərazi idarə etmə və yerli özünüidərəetmə orqanları ilə iş şöbəsindən 3, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən 2, Hüquq şöbəsindən 1, Memarlıq və tikinti şöbəsindən 1, YYÇİ və HM üzrə komissiya 1 eyni zamanda qarşıya çıxan cari məsələlər də müzakirə edilmişdir.
Məlum Dağlıq Qarabağ hadisələrindən sonra rayonumuzun əhalisi Respublikanın 52 şəhər və rayonlarında müvəqqəti məskunlaşmışdır. Azərbaycanlılar yaşayan 1 şəhər, 1 qəsəbə və 8 kənd olmaqla 5 İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi əhalinin daha çox məskunlaşdığı yerlərdə Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində, Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Gəncə şəhərində, Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Gəncə şəhəri Kəpəz rayon yeni yaşayış masivində, Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Goranboy rayonu Börü qəsəbəsində, Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Goranboy rayonu Meşəli kəndində fəaliyyət göstərir.
Xocalı rayonu 26 noyabr 1991-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin “Dağlıq Qarabağ Muxtar vilayətinin Statusunun ləğv edilməsi haqqında qanuna əsasən keçmış Əsgəran rayonunun bazasından yaradılmışdır. Rayonun 2014-cü ilin sonuna 28141 nəfərdir. Bunlardan 15212 nəfəri azərbaycanlılar, digərləri isə erməni və qeyri millətlərdir. 2014-cü ildə əhalinin artımı 318 nəfər olmuşdur.
2014-cü ildə azərbaycanlıların 49% (7454 nəfər) kisi, 51% (7758 nəfər) qadınlardır.
2014-cü ilin sonuna ailələrin sayı 4053 ailə. ötən illə müqayisədə 61 ailə artım olmuşdur.
2014-cü il üzürə ordu sıralarında müqavilə əsasında xidmət edənlərin sayı 30 nəfər təşkil edir.
2013-2014-cü illərdə Ordu sıralarında xidmət edənlər sayı və təxris olunanların sayı aşağıdakı kimi olmuşdur.
S.s Mövzu 2013 2014
1 Ordu sıralarına göndərilənlər 78 71
2 Ordu sıralarından təxris olunanlar 47 75
Bildirmək istəyirəm ki, rayonumuzda həqiqi hərbi xidmətdən yayınan olmamışdır.
İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi iş planı əsasında fəaliyyət göstərmişdir.
İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin illik hesabatları rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi qrafik əsasında yerlərdə keçrilmişdir.
09 yanvar 2015-ci il tarixində Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin illik hesabatı Goranboy rayonu Meşəli kəndində, 13 yanvar 2015-ci il tarixində Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin illik hesabatı Goranboy rayonu Börü qəsəbəsində, 16 yanvar 2015-ci il tarixində Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin illik hesabatı Gəncə şəhərində 21 yanvar 2015-ci il tarixində Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin illik hesabatı Gəncə şəhəri Yeni qəsəbə, 24 yanvar 2015-ci il tarixində Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin illik hesabatı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində keçirilmişdir.
Hesabat yığıncaqlarında hüquq-mühavizə orqanları ilə yanaşı rayonun şura üzvüləri, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak etmişlər.
Hesabat yığıncaqlarında inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əldə etdikləri uğurlarla yanaşı, mövcud nöqsanlar da hərtərəfli təhlil etmişdir.
Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağında:
1.Qəsəbəyə suvarma suyunun çəkilməsi
2.Məktəb üçün əlavə sinif otaqlarının tikilməsi.
3.Qəsəbədə Xeyir-şər evinin tikilməsi.
Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağında:
1.Qəsəbənin işıqlandırılması nəzərdə tutulmuş və sonradan sökülmüş elektrik lampalarının bərpa olunması
2.Ağcakənd –Börü arasındakı yolun uçub yarğana söykənmiş hissəsində istinad divarının tikilməsi yaxud həmin hissədə yolun yerinin dəyişdirilməsi.
3.Yeni ailələrə ev tikmək üçün torpaq sahəsinin ayrılması
4.İnternetə qoşulmaq üçün əlavə xəttin çəkilməsi
5.Qəsəbənin seldən qorunması üçün çəkilmiş arxın təmizlənməsi və qəsəbənin girişindəki körpünün altının daş-çınqıldan təmizlənməsi
6.Qəsəbəyə suvarma suyunun cəkilməsi
7.Cəmilli kənd tam orta məktəbinə və inzibati binalara mərkəzləşdirilmiş ataplenya sisteminin qurulması
Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağında:
1.Köçkünlər üçün yeni tikiləcək yaşayış kompleksində Xeyir-şər evinin tikilməsi
2.Həkim amblatoriyasına verilən dərman və sarğı materiallarının sayının artırılması
3.Sahibkarlığın inkişafına kömək üçün “Sahibkarlığın inkişafına kömək milli fondu” tərəfindən sakinlərə güzəştli kreditlərin verilməsi
4.Xakəndi şəhər N.Şahmuradov adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbinə avadanlıqların alınmasına köməklik göstərilməsi
5.Qəsəbə sakinlərinin dəfn olunduqları qəbirstanlığa gedən yolun təmir olunmasına köməklik göstərilməsi
6.Yataqxanaları icməli su ilə təmin edən artizan quyularında olan nasaz su nasoslarını dəyişdirmək üçün Dövlətqaçqınkomdan 2 ədəd 8-lik 25 kubluk su nasosunun alınıb verilməsi
Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağında:
1. Yeni salınmış yaşayış kompleksində Xeyir-şər evinin tikilməsi.
2. Sahibkarlığın inkişafına kömək üçün “Sahibkarlığın inkişafına kömək milli fondu” tərəfindən sakinlərə güzəştli kreditlərin verilməsi.
3.Gəncə şəhərinə marşurut xəttinin acılması.
4.Qəsəbəyə giriş-çıxış yolunun acılması.
5.Qəsəbəyə telefon və internet xəttinin çəkilməsi.
6.Qəsəbə ilə Gəncə şəhəri arasındakı olan torpaq yolun yenisi ilə əvəz edilməsi.
Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağında:
1.Aşağı Ağcakənd ilə Yuxarı Ağcakənd qəsəbəsi arasındakı yolun asvaltlaşdırılması
2. Aşağı Ağcakənd qəsəbəsində qəsəbə daxili yolların təmir olunması
3.Goranboy şəhəri yanında salınmış yeni yaşayış massivində Xeyir-şər mağarının tikilməsi
4.Aşağı Ağcakənd qəsəbəsində gənclərin vaxtının səmərəli keçməsi üçün İdman məktəbinin tikilməsi kimi təklifləri qaldırılmışdır.
İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərində əhalinin sağlamlığına daima diqqət və qayğı göstərilir, yerləşdikləri ərazilərdə mərkəzi poleklinikalarla əlaqə saxlayaraq tibbi müayinələrin keçirilməsini təşkil edirlər.
Ötən ildə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin hesabat yığıncaqlarında qaldırılmış təkliflərin əksəriyyəti öz həllini tapmış, qalanları barədə aidiyyatı dövlət qurumları qarşısında məsələ qaldırılmışdır.
İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri Respublikanın mövcud Qanunları, Qanunvericilik aktlarını, Prezidentin Fərman, Sərancam və çıxışlarındakı müddəaları, Nazirlər Kabinetinin Qərarlarını, həmçinin, rayon İcra Hakimiyyəti başçısının qarşıya qoyduğu məsələləri həll etmək məqsədi ilə üzərinə düşən məsuliyyəti dərindən dərk edir, Azərbabcan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni əldə rəhbər tutaraq işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. Nəzərinizə çatdırmaq isdəyirəmki 2015-ci ildə Azərbaycan Respublikasının Parlamentinə seçki keçirləcək inzibati ərazi dairəsi üzürə incra nümayəndələri seçgi məntəqələri ilə sıx əlaqədə olmalı və seçgi siyahılarının dəqiqləşdirilməsinə ciddi nəzarət etməlidirlər .
Onu da qeyd etmək istəyirəm ki, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində sənədləşmə və kərküzarlıq işləri təlimata uyğun şəkildə aparılır. Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetlə orqanları ilə iş şöbəsi sənədləşmə işlərini inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində qanuna uyğun şəkildə aparılmasına daima nəzarət edir və lazımi təlimatlarla təmin edir.
Bildirirəm ki, Regionların İnkişafı Analitik İnformasiya Sistemi (RİAİS) proqramı 2007-ci ildən etibarən tətbiq olunmağa başlanılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Yerli İcra Hakimiyyətləri haqqında yeni Əsasnamədə RİAİS proqramının tətbiqi ilə əlaqədar Rayon İcra Hakimiyyətində İnformasiya təminatı və təhlil sektoru yaradılmışdır.
RİAİS proqramı 71 formadan ibarət şablonlardan tərtib edilmişdir. Xüsusi proqram əsasında rayonun 2003-cü ildən hal-hazıradək olan bütün göstəricilər ayrı-ayrı formalar üzrə tərtib olunaraq tələb olunan qrafik əsasında mərkəzi serverə ötürülməsi təmin edilir. Hal-hazırda mövcud formalar üzrə məlumatların qrafik əsasında tələb olunan vaxt müddətində mərkəzi serverə yerləşdirilməsi təmin olunur.
RİAİS proqramı üzrə ümumilikdə Xocalı rayonun müxtəlif sahələrini əhatə edən 43 forma işlənilir ki, bundan 2 forma gündəlik keçirilən tədbirləri və baş verən hadisələri, 37 forma həftəlik, aylıq, rüblük, yarımillik, illik məlumatları, 4 forma isə yalnız ölkədə keçirilən seçki kompaniyaları zamanı olan məlumatları əhatə edir.
Yuxarıda qeyd olunan 43 forma üzrə məlumatlar rayonda bütün sahələri əhatə edən göstəricilərdən ibarətdir ki, bu formalar üzrə məlumatlar Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri, Rayon Statistika İdarəsi və rayonun aidiyyəti müəssisə və təşkilatları ilə birlikdə tərtib olunur.
RİAİS proqramı üzrə göstəricilərin toplanılaraq mərkəzi serverə ötürülməsi ilə yanaşı, bu göstəricilər mütəmadi olaraq təhlil edilir. Rayonda hansı sahələrdə inkişafın, hansı sahələrdə geriliklərin mövcudluğu mütəmadi olaraq təhlil olunur, geriliklərin baş vermə səbəbləri araşdırılaraq həmin sahənin inkişafı tərəfimizdən nəzarətə götürülərək müvafiq tədbirlər görülür.
Sektorun hal-hazırki iş prinsipi rayon İcra Hakimiyyətinin fəaliyyəti haqqında Prezident Administrasiyasının mütəmadi məlumatlandırılması, keçirilən tədbirlər haqqında xəbərlərin rəsmi internet saytında yerləşdirilməsini və lazımi kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etməkdir.
“Azərbyacan Respublikası dövlət orqanlarında və dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması” haqqında Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2006-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq rayon İcra Hakimiyyəti Başçısı Aparatında ehtiyat kadrların yerləşdirilməsi məsələsinə çox ciddi yanaşılır. Azərbaycan Respublikasının dövlət qulluğu üçün müasir tələblərə cavab verən kadr potensialının yaradılması, idarə olunması və ondan səmərəli istifadə edilməsi işinin təkmilləşdirilməsi üçün İHB-sı Aparatında məqsədyönlü işlər aparılır. Bunun üçün Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması qaydalarına ciddi riayət olunur. Belə ki, hər bir vəzifə üçün ixtisasa uyğun ehtiyat kadrlar müəyyənləşdirilmişdir. Bu ehtiyat kadrlar həm aparatdan, həm də rayonun idarə, müəssisə və təşkilatlarından seçilən nümunəvi kadrlardır. Rayon İcra hakimiyyəti başçısının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Həsənov İsmixan Qənimət oğlu və rayon İcra Hakimiyyəti Başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində aparıcı məsləhətçi Allahverdiyev Bəxtiyar Füzuli oğlu nəzərdə tutulmuşdur.
Rayon İcra Hakimiyyəti Başçısının müavini ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə, həmin şöbənin baş məsləhətçisi Abışova Aynurə Eyvaz qızı və Babayev Emin İsa oğlu nəzərdə tutulmuşdur.
Rayon İcra Hakimiyyəti Başçısının müavini Aqrar məsələlər şöbəsinin müdiri vəzifəsinə rayon İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar məsələlər şöbəsinin məsləhətçisi Rzaquliyev Habil Camal oğlu və Xanlarov Telman Nuridin oğlu nəzərdə tutulmuşdur.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatında ictimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əliyev Anar Şakir oğlu və Xocalı rayon İcra Hakimiyyəti Aparatında İnformasiya təminatı və təhlili sektorunda sektor müdiri Hüseynov səxavət Şamil oğlu nəzərdə tutulmuşdur.
Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə, həmin şöbənin böyük məsləhətçisi Nağıyev Elman Aydın oğlu nəzərdə tutulmuşdur.
Hüquq şöbəsinin müdiri vəzifəsinə hüquq şöbəsinin məsləhətçisi Məmmədov Ayrif Məmməd oğlu nəzərdə tutulmuşdur.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılmasında daha da ciddi işlər aparılıb və aparılacaqdır.
2014- cü il rayon İHB-sı aparatına 601 vətəndaş müraciəti daxil olmuşdur. Vətəndaş müraciətlərindən 575-i ərizə, 26-sı şikayət məzmununda olmuşdur. 2014-cü ildə rayon İHB-sı aparatına təklif daxil olmamışdır. Göründüyü kimi rayon İHB-sı aparatına daxil olan müraciətlərdən şikayət az sayda olmuşdur. Ümumiyyətcə vətəndaş müraciətlərində azalma müşaidə olunur. Bu da, ondan irəli gəlir ki, keçirilən səyyari – qəbullarda vətəndaş müraciətinə çox diqqətlə yanaşılır, vətəndaşınların problemi dinlənir və lazımi tədbir görülür. Bunun nəticəsidir ki, vətəndaşlar yuxarı orqanlara müraciət etmək məcburiyyətində qalmırlar.
2013 – cü ildə İHB-sı aparatına 659 müraciət daxil olmuşdursa 2014- cü ildə 601 müraciət daxil olub.Daxil olan vətəndaş müraciətlərinin 80%-i vətəndaşların müxtəlif sənədləşmə işi, qeydiyyat, status, mənzil , kredit almaq haqqında və s. məcburi köçkünlərlə bağlı məsələlər barəsində olmuşdur ki, bu müraciətlərə də vaxtında baxılmış, heç bir gecikmə halları olmamışdır. Daxil olan vətəndaş müraciətlərindən 496 müraciət nəzarətə alınmaqla, 105 müraciət nəzərə alınmadan icra olunmuşdur. 474 ərizə müsbət həllini tapmışdır, 40 müraciət əsassız sayılıb, 38 müraciət qismən həll olunmuşdur.
2014- cü ildə rayon İHB-sı tərəfindən 41 yaşayış məntəqəsində səyyari qəbul keçirilmişdir. Səyyari- görüş qəbulları zamanı vətəndaşlar tərəfindən müxtəlif mövzularda 124 müraciət olunmuşdur.
İHB-sı yanında şurada 1 dəfə vətəndaşların qəbulu, 2 dəfə vətəndaşların müraciətinə baxılmasının vəziyyəti müzakirə olunmuşdur.
Bundan başqa müavinlər və şöbə müdirləri tərəfindən də vətəndaşlar qəbul edilirlər.
2014-cü il ərzində rayon İcra hakimiyyəti başçısı tərəfindən 79 əmr imzalanıb. Əmirlər əsasən işçilərin məzuniyyətə çıxması, işə təyin olunması və işdən azad olunması, işçilərin ezamiyyəyə göndərilməsi haqqında olmuşdur.
2014-cü ildə 39 sərəncam imzalanmışdır. Sərəncamların bir qismi yemək xərci haqqında , hərbi xidmətə çağırış haqqında, əhalinin məşğulluq proqrqmının hazırlanması üçün komissiya yaradılması haqqında və digər məzmunlarda olmuşdur.
Əmr və sərəncamlar vaxtında düzgün tərtib olunmuşdur və gecikdirilmədən aidiyyatı ünvanlarına çatdırılmışdır.