Şəmkir rayon Heydər Əliyev Mərkəzinin kollektivi Xocalıların dərdinə şərik oldular.
23 fevral 2015-ci il tarixində Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatında Xocalı rayon İcra Hakimiyyətinin və Şəmkir rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdən öncə Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Xocalı abidəsinə gülqoyma mərasimi keçirilmişdir.
Tədbiri Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyyə xanım Qarayeva açıq elan etmiş və Xocalı şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra söz Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru, respublikanın əməkdar müəllimi Məleykə xanım Əlizadəyə verilmişdir. Tədbirdə Xocalı rayon İH və Şəmkir rayon İH-nin rəsmiləri və bir sıra ictimaiyyət nümayəndələri iştirak etmişdir. Şəmkir rayon Məhəmməd Füzuli adına məktəbin şagirdləri tədbirdə öz kompazisiyalarını nümayiş etdirmişdilər.
Sonda Lamiyyə xanım Qarayeva Şəmkir rayon İH-nin rəsmiləri və digər qonaqlara Xocalı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubov adından öz minətdarlığını bildirmiş və tədbir Şəmkirdə fəaliyyət göstərən “ZƏKA” Gənclər Mərkəzinin gənc rəssamlarının “Xocalı müasir nəslin gözündə” mövzusunda əl işlərindən ibarət sərginin nümayiş etdirilməsi ilə sona çatdırılmışdır.