QURUMAYAN GÖZ YAŞIMIZDAN – 23 İL ÖTDÜ.
XOCALI - 23 YAŞLI FACİƏMİZ.
26.02.2015-ci il tarixdə Xocalı Faciəsinin 23-cü il dönümü ilə əlaqədar Xocalı rayon YAP Gənclər Birliyinin təşəbbüsü ilə rayon ictimaiyyəti ilə birlikdə Aşağı Ağcakən qəsəbəsində yerləşən Bayraq Meydanı ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən Xocalı Abidəsinə qədər Xocalı Faciəsini əks etdirən şüarlarla etiraz yürüşü təşkil etdilər.
Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyəti tərəfindən Xocalı Faciəsi zamanı şəhid olanların əziz xatirəsinə ucaldılmış Xocalı Abidəsi ziyarət olundu. Abidənin önünə tər gül dəstələri və əklil qoyulmuşdur. Rayon İcra Hakimiyyətinin müavini Vahid Əliyev geniş nitq söylədi. Nitqində Faciə haqqında mərasim iştirakçılarına ətraflı məlumat verdi. O şəhidlərimizə ulu tanrıdan rəhmət dilədi. Sonra Aşağı Ağcakənd qəsəbəsində yerləşən Ramal şadlıq sarayında şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açıldı.