Şriftin ölçüsü :

Saytın rəngi :

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR.

31 mart 2015 | 15:00

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 1918-ci il 31 mart soyqırımı qurbanlarının xatirəsi Xocalı rayon İcra Hakimiyyətində də yad edildi. Belə ki, 31.03.2015-ci il tarixində Xocalı rayon  İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində ümumrayon tədbiri keçirildi. Tədbir 1918-ci il 31 mart tarixində həlak olmuş həmvətənlərimizin əziz xatirəsinin yad olunması ilə açıq elan olundu. Tədbirdə iştirak edən bir sıra ictimaiyyət nümayəndələri xalqımızın başına gətirilən müsibətlər haqqında öz çıxış və məruzələrini bildirdilər.

Keçidlər