Şriftin ölçüsü :

Saytın rəngi :

Vaqif Abbasovun Xocalı sakinləri ilə görüşü.

06 may 2015 | 15:00

      06.05.2015-ci il tarixdə kimya elmləri üzrə akademik  AMEA-nın həqiqi üzvü, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif  Məhərrəm oğlu Abbasovun Xocalı şəhər 1 saylı tam orta məktəbdə Xocalı sakinləri və Xocalı rayonundan olan məktəblilərlə görüşü olmuşdur.  Görüşdə həmçinin Xocalı rayonunun 12 tam orta məktəbinin 10 şagirdi arasında kimya fənnindən test müsabiqəsi keçirilmişdir. Müsabiqə nəticəsində I, II və III yerin sahiblərinə Fəxri Fərman və hədiyyələr, IV yerin sahiblərinə isə Fəxri Fərmanlar verildi. kimya elmləri üzrə akademik  AMEA-nın həqiqi üzvü, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif  Məhərrəm oğlu Abbasov məktəb rəhbərliyinə bir çox dəyərli kitab hədiyyə etdi.
      Görüşdə iştirak etmiş Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini Lamiyyə Qarayeva, rayon İcra Hakimiyyəti Başçısı Şahmar Usubov və rayon İcra Hakimiyyəti Başçısı Aparatı adından, Xocalı rayon Təhsil şöbəsinin müdiri Şakir Əliyev rayon Təhsil şöbəsinin işçiləri adından kimya elmləri üzrə akademik  AMEA-nın həqiqi üzvü, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif  Məhərrəm oğlu Abbasova Xocalı rayon sakinlərinə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

 

 

 

 

 

 

Keçidlər