15 May Beynəlxalq Ailə Günü münasibətilə ümumrayon tədbiri.
15.05.2015-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Xocalı şəhər 3 saylı Musiqi məktəbində 15 may “Beynəlxalq Ailə Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Həsənov Göyüş açıq elan etdi. Daha sonra isə söz Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyyə Qarayevaya verildi. O, Beynəlxalq Ailə Günü ilə bağlı geniş məlumat verərək bildirdi ki, BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qərarından etibarən 15 may bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. O, çıxışında qeyd elədi ki, ailə “kiçik dövlət” məfhumunu daşıyır və insan hüquq və azadlıqları ilə bağlı verilmiş bütün qərarlar məhz hazırki ailələrin təməlini daha da möhkəmləndirməyə və onları sosial-iqtisadi problemlərdən qorumağa xidmət edir. Sonda Lamiyyə Qarayeva bütün Azərbaycan ailələrini ürəkdən təbrik etdi və onların cəmiyyətə inteqrasiya prosesində hər zaman özlərinə layiqli yer tutmalarını arzu etdi.