Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Qızıl Xaç Komitəsinin İcra hakimiyyəti başçılarının müavinləri ilə görüşü oldu.

22 may 2015 | 15:00


      19.05.2015-ci il tarixdə Gəncə şəhərində yerləşən Ramada Plaza mehmanxanasında Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbir BQXK-nin təmas xəttinə yaxın bölgələrdə yaşayan əhaliyə maddi və mənəvi dəstəklə bağlı görülmüş işlər haqqında ictimaiyyət nümayəndələrini təlimatlandırma xarakteri daşıyırdı.Tədbirdə Gəncə, Goranboy, Xocalı, Kəlbəcər, Tərtər, Ağdam, Füzuli, Qazax, Daşkəsən və digər rayonların İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirləri iştirak edirdilər. Sonda tədbir iştirakçıları BQXK-nin Bərdə nümayəndəliyinə öz fikir və rəylərini bildirdilər və belə bir təşəbbüsü həyata keçirdiklərinə görə nümayəndəliyə təşəkkür etdilər. 

 


       

Keçidlər