“28 may Respublika Günü”
27.05.2015-ci il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “28 may Respublika Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbiri açıq elan edən İcra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva Azərbaycan Xalq Cümhuriyyəti haqqında qısa məlumat verərək bildirdi ki, müstəqilliyini elan etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilmiş tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun Azərbaycan xalqının tarixində yeri və rolu öyrənilir, Dövlət quruculuğu prosesləri daha dərindən təhlil edilir. Daha sonra Lamiyə Qarayeva tədbirdə iştirakına görə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında Xarici vətəndaşlarla iş sektorunun müdiri Qafar Əliyevə öz minnətdarlığını bildirdi və məruzə etmək üçün sözü Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubova verdi. Şahmar Usubov da öz çıxışında bildirdi ki, əsası Ulu Öndər Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş və hal-hazırda da möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan iqtisadi-siyasi və mədəni vəziyyətinə görə dünyanın inkişaf etmiş ölkələri sırasındadı. Tədbirdə iştirak edən digər ictimaiyyət nümayəndələri də Cümhuriyyət dövrünə bir daha nəzər salaraq həmin dövrdə Azərbaycanın siyasi vəziyyəti ilə bağlı öz fikir və rəylərini bildirdilər.