“ SON ZƏNG ”
30 may 2015 | 15:00
Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində 2014 - 2015-ci il tədris ilinin sonu ilə əlaqədar 29-30 may 2015-ci il tarixdə Xocalı rayon ümumtəhsil məktəblərində “Son Zəng” tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov da iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı məzunları dərs ilinin bitməsi münasibəti ilə təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır. Sonda Ş.Ş.Usubov fərqlənən fəal müəllim və şagirdləri diplomlarla təltif etmişdir. Tədbir geniş konsert proqramı ilə başa çatmışdır.