1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur. Bu məqsədlə 01.06.2015-ci il tarixində “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar respublikanın digər regionlarında olduğu kimi, Xoalı rayonunun tabeçiliyində olan uşaq bağçaları və körpələr evində də xüsusi səpkili tədbirlər keçirilmişdir.
Xocalı rayon üzrə fəaliyyət göstərən hər üç bağçada keçirilmiş tədbirlərdə Xocalı rayon İcra hakimiyyətinin səlahiyyətli nümayəndələri iştirak etmişdir. Tədbirin sonunda Xocalı rayon İcra hakimiyyəti tərəfindən bağçalara xüsusi hədiyyələr təqdim olunmuşdur.