Regional Gender Mərkəzi ictimai birliyinin Xocalı sakinləri ilə görüşü.
10 iyun 2015 | 15:00
10.06.2015-ci il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Regional Gender Mərkəzi ictimai birliyi Xocalı rayon Mədəniyyət evində Xocalı sakinləri ilə görüş keçirmişdir. Görüş zamanı məişət zorakılığının sosial kökləri araşdırılmış və əsasən bu mövzuda müzakirələr aparılmışdır. Tədbirdə Regional Gender Mərkəzi ictimai birliyinin sədri Şərqiyə xanım Dadaşova , Tərəqqi Sosial İnkişaf ictimai birliyinin direktoru Telman Dadaşov, təlimçi Səadət Feyziyeva, hüquqşünas Tural Buluyev və b. iştirak edərək öz fikir və düşüncələrini Xocalı rayonundan olan qadınlarla bölüşmüşlər.