XOCALI FACİƏSİ GƏNCLƏRİN GÖZÜ İLƏ.
24 iyul 2015 | 15:00
24.07.2015-ci il tarixdə YAP Xocalı rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Goranboy rayon Yeni Yaşayış massivində yerləşən Xocalı abidəsi önündə Xocalı faciəsinə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Xocalı YAP Gənclər Birliyinin sədri Aynurə Abışova faciə barəsində geniş məlumat verdi. Tədbirdə digər idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin faciənin canlı şahidləri iştirak edirdilər.
Sonda şəhidlərimizin xatirəsinə şamlar yandırıldı.