Şriftin ölçüsü :

Saytın rəngi :

SENTYABR KONFRANSI.

04 sentyabr 2015 | 15:00

       04.09.2015-ci il tarixdə Xocalı rayon Təhsil işçilərinin konfransı olmuşdur. Konfransı Xocalı rayon Təhsil işçilərinin müdiri Şakir Əliyev açıq elan edərək bildirmişdir ki, Azərbaycanda Dövlət müstəqilliyinin bərpa olunmasından keçən 24 il ərzində bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də nəzərəçarpan irəliləyişlərə, inkişafa, təhsili ən gərəkli sahə hesab edən Ümummilli Liderimiz Heydər Əliyevin apardığı və bu gün də möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində nail olunmuşdur.              
      Məcburi köçkünlük şəraitində fəaliyyətinə baxmayaraq Respublika təhsilində əldə olunmuş uğurlar Xocalı təhsilinə də sirayət etmişdir. Belə ki, 2014-2015-ci tədris ilinin əvvəlində rayonumuzun ümumtəhsil məktəblərində 144 sinif kompleksində 1388 nəfər şagirdin təlim-tərbiyəsi ilə 313 nəfər müəllim məşğul olmuşdur. Rayonun təhsil müəssisələrinin IX sinifləri üzrə mənimsəmə faizi bu il 66 %, XI siniflər üzrə mənimsəmə faizi 55%-dir.
         Məktəblərimizi bu il bitirən 119 nəfər məzundan 87 nəfəri ali və orta ixtisas məktəblərinə sənəd vermiş, onlardan 42 nəfəri ali məktəblərə, 7 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Qəbul səviyyəsi 48%-dir.
          2015-ci il məzunlarından 5 nəfəri ali məktəblərə qəbul imtahanlarında 500-dən yuxarı, 5 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Qəbul imtahanlarında rayon üzrə 635 balla Yaloba kənd tam orta məktəbin məzunu Süleymanova Şahnaz Füzuli qızı I yerdə, 631 balla Xocalı şəhər 3 saylı tam orta məktəbin məzunu Hacıyev Anar Həsən oğlu II yerdə, 609 balla Xocalı şəhər 4 saylı tam orta məktəbin məzunu Lətifli Röyal Şahid oğlu III yerdə, 608 balla Kərkicahan qəsəbə tam orta məktəbin məzunu Rəsulova Lamiyə Famil qızı IV yerdə, 602 balla Xocalı şəhər 3 saylı tam orta məktəbin məzunu İsmayıllı Elvin İsgəndər oğlu V yerdə qərarlaşmışdır. Bu ilki qəbulda XI sinifi bitirən 1 nəfər Xocalı şəhər 2 saylı tam orta məktəbin məzunu Quliyev Yurxan Süleyman oğlu Daxili Qoşunların Ali Hərbi Akademiyasına, VIII sinifi bitirən Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdi Hüseynov Fəxri Etibar oğlu C.Naxçıvanski adına hərbi liseyə qəbul olmuşlar. Daha sonra Şakir Əliyev, sözü Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi cənab Piralı Əliyevə verdi.
       Tədbir Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubovun çıxışı ilə yekunlaşdı.
      İcra başçısı 2014-cü tədris ilinin yekunlarına dair Təhsil Şöbəsinin müdiri Şakir Əliyevin məruzəsini qənaətbəxş hesab etmiş və 2015-ci tədris ilində Xocalı rayon təhsil işçilərinə daha böyük nailiyyətlər əldə etmələrini və yol verilmiş nöqsanları aradan qaldırmalarını arzu etmişdir.
 

Keçidlər