Şriftin ölçüsü :

Saytın rəngi :

BİLİK GÜNÜ.

15 sentyabr 2015 | 15:00

     15.09.2015-ci il tarixdə respublikanın digər şəhər və rayonlarında olduğu kimi Xocalı rayonunun nəzdində fəaliyyət göstərən 12 tam orta məktəbdə “Bilik günü” münasibətilə müxtəlif səpgili tədbirlər keçirilmişdir. Xocalı rayon 1 saylı tam orta məktəbdə keçirilmiş tədbirdə Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun nümayəndəsi Şəkər xanım Orucova iştirak etmişdir.
      Tədbirdə iştirak etmiş Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva çıxış edərək bildirmişdi ki, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının uzaqgörən siyasəti və genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqliyinin parlaq təcəssümüdür. Azərbaycanda təhsilə, təhsil işçilərinə diqqət və qayğının parlaq təzahürüdür ki, son illərdə elm və təhsilin inkişafındakı xidmətlərinə görə 1000-dən çox təhsil işçisi yüksək Dövlət mükafatına, fəxri adlara və fərdi təqaüdlərə layiq görülmüşdür. Məhz Dövlət başçısının təhsilə diqqət və qayğının nəticəsidir ki, təhsil tariximizdə ilk dəfə olaraq 16 inkişafyönümlü Dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilmişdir.
        Lamiə Qarayeva bildirmişdir ki, 2014/2015-ci tədris ilində rayonumuzun ümumtəhsil məktəblərində 144 sinif komplektində 1388 nəfər şagirdin təlim tərbiyyəsi ilə 313 nəfər müəllim məşğul olmuşdur. Dərs ilinin sonunda rayonumuzun ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanları keçirilmişdir. IX siniflər üzrə keçirilmiş buraxılış imtahanlarının nəticəsinə uyğun olaraq  Xocalı rayonu üzrə 5 şagird xüsusi nümunəli şəhadətnamə almışdır: Həsənli Nurlan Aydın oğlu ( Xocalı şəhər 1 saylı tam orta məktəb), Hüseynli Gülnar Elgiz qızı, Əliyeva Zəkiyyə Baxış qızı (Xocalı şəhər 1 saylı tam orta məktəb), İbrahimli Güləsər Rəhim qızı (Kosalar kənd tam orta məktəb), Mirzəyeva Gülnar Osman qızı  (Başkənd kənd tam orta məktəb).
         Məktəblərimizi bu il bitirən 119 nəfər məzundan 87 nəfəri ali və orta ixtisas məktəblərinə sənəd vermiş, onlardan 42 nəfəri ali məktəblərə, 7 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Bu ilki qəbul səviyyəsi 48%-dir. Qəbul olmuş məzunlardan 5 nəfəri ali məktəblərə qəbul imtahanlarında 500-dən yuxarı, 5 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
         Sonda Lamiə Qarayeva bütün təhsil işçilərini və şagirdləri yeni tədris ilinin başlaması münasibətilə təbrik etmiş və 2015/2016-cı tədris ilində onlara daha böyük uğurlar əldə etmələrini arzulamışdır.
         Tədbir Prezident Yanında Bilik Fondunun nümayəndəsi Şəkər Orucovanın Xocalı şəhər 1 saylı tam orta məktəbin şagirdləri ilə “Ölkəmiz multikultural və tolerant Dövlət kimi” mövzusunda diskusiya xarakterli toplantısı ilə yekunlaşmışdır.
 

Keçidlər