Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənilərin Qarabağda tarixi, mədəni abidələrimizi məhv etmələri və törətdikləri soyqırımlar haqqında həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması” adlı ümumrayon tədbiri.

23 sentyabr 2015 | 15:00

       23.09.2015-ci il tarixdə Xocalı rayon İcra hakimiyyəti və Müharibə Veteranı Qadınlara Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində “Ermənilərin Qarabağda tarixi, mədəni abidələrimizi məhv etmələri və törətdikləri soyqırımlar haqqında həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması”  adlı tədbir həyata keçirilmişdir.
        Tədbiri açıq elan edən Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva çıxış edərək bildirmişdir ki, XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1905/1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1948/1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir.
        İradə Abbas da öz növbəsində çıxış edərək bildirmişdir ki, hal-hazırda işğal altında olan torpaqlarımızda ermənilər mədəni terror həyata keçirərək azərbaycanlılara məxsus mədəniyyət nümunələrini, tarixi-memarlıq abidələrini məqsədyönlü şəkildə məhv edirlər. Biz bir xalq kimi hər zaman istər etnik mənsubiyyətimizi, istər mədəni, istərsə də tarixi nümunələrimizi qoruyub saxlamaq istiqamətində mübarizə aparmalıyıq.
 

Keçidlər