Şriftin ölçüsü :

Saytın rəngi :

Ən böyük nailiyyətimiz Əbədi müstəqilliyimizdir.

17 oktyabr 2015 | 15:00

17.10.2015-ci il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət evində 18 oktyabr  “Müstəqillik Günü”  ilə bağlı ümumrayon tədbiri keçirildi.
Tədbiri açıq elan edən Xocalı rayon İcra Hakimiyyəti Başçsının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva bildirmişdir ki, 1991-ci il 18 oktyabr tarixində müstəqillik elan olunduqdan sonra Azərbaycan xalqı olduqca ağır bir tarixi dövr keçirmişdir.
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Ancaq Azərbaycan xalqı bu çətinliyin öhdəsindən də məharətlə gəldi və öz müstəqilliyini layiqincə qoruyub saxladı.
Tədbir, Mədəniyyət və Turizm Şöbəsinin təşkil etdiyi musiqi proqramı ilə başa çatdı.
 

Keçidlər