Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi

13 iyun 2023 | 10:40
     13.06.2023-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət Evində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi. 
     Tədbir iştirakçıları əvvəlcə “Heydər Parkı”nda ucaldılan Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə dərin ehtiram əlaməti olaraq gül dəstələri düzdülər.
     Mədəniyyət Evində davam edən tədbirdə Dövlət Himnimiz səsləndirildi. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
     Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, rayon ziyalısı Ramiz Qəhrəmanov çıxış etdilər. Bildirildi ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.
     Diqqətə çatdırıldı ki, bu o tarixdir ki, həmin gün dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
     Çıxış edən natiqlər vurğuladılar ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb. 
     Tədbirin sonunda 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı sənədli film nümayiş etdirildi. 
Keçidlər