Şriftin ölçüsü :

Saytın rəngi :

15 may – Beynəlxalq Ailə Günü münasibəti ilə tədbir keçirilib

15 may 2024 | 09:36
     Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon təhsil, gənclər və idman idarələrinin dəstəyi ilə 15 May – Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə təşkilat nümayəndələri, Xocalı şəhər 4 saylı tam orta məktəb və Xocalı rayon Meşəli kənd tam orta məktəbinin müəllim və şagird kollektivləri iştirak ediblər.
     Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva və digər natiqlər bildiriliblər ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan ailəsini hər zaman diqqət mərkəzində saxlamış, ailə meyarlarına onun öz münasibəti, öz yanaşması olmuş, milli mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim böyük önəm vermişdir.
     Ulu öndərimizin bütün sahələrdə siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda ailə dəyərlərinin möhkəmliyinin qorunması, Azərbaycan ailəsinin rifah halının günü-gündən yaxşılaşdırılması istiqamətində məqsədyönlü iş aparır.
      Bu gün ölkəmizdə gənc ailələrin möhkəm təməl üzərində qurulması üçün kifayət qədər qanunlar, normativ aktlar və hüquqi baza mövcuddur.    
     Azərbaycanda gənc ailələrə dövlət qayğısı sabaha uğurla hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
     Tədbir diskussiya və dialoq şəklində davam etdirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
     Sonda ailə dəyərləri haqqında videoçarx nümayiş etdirilib.
Keçidlər