Şriftin ölçüsü :

Saytın rəngi :

Xankəndi şəhərinin işğalının 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri.

02 dekabr 2015 | 16:00

02.12.2015-ci il tarixdə Xocali  rayon  İcra  hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət  evində  Xankəndi şəhərinin  işğalı ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbiri açıq elan etmiş Lamiyə Qarayeva bildirmişdir ki, keçen əsrin 90-cı illərin əvvəllərinə kimi Xankəndi şəhər ərazisində yüzlərlə azərbaycanlı məskunlaşmış və soydaşlarımızın əli ilə burada Kərkicahan qəsəbəsi yaradılmışdır. Tarixi ardıcıllığa nəzər salsaq gorərik ki, 1923-cü ilin iyununda  Sovet İmperiyasının  “Zaqafqaziya ölkə Komitəsi “ deyilən  qurum tərəfindən Azərbaycan rəhbərliyi qarşısında muxtar vilayət  məsələsinin həll olunması haqqında tələb irəli sürülmüşdür. Bu təkidli tələb nəticəsində  Azərbaycan İcraiyyə Komitəsi  1923-cü ilin iyulun 7-də  DQMV-nin yaradılması haqqında dekret qəbul etdi. Bu dekret əsasında Xankəndi DQMV-nin  mərkəzi elan olundu. Lakin bir qədər sonra onun adı dəyişdirilərək azərbaycanlılara qarşı soyqırım aktının təşkilatçılarından biri olan Stepan Şaumyanın şərəfinə   “ Stepanakert”  adlandırılmışdır. Ümumiyyətlə həmin dövrlər Kominist rejimi tərəfindən   “Xan, Bəy “ titulu daşıyan qəsəbə, kənd adları burjua qalıqı hesab edilərək dəyişdirilmiş və Kommunist inqilabçılarının adları ilə əvəz olunmuşdur.
     Nəhayət ki, bu tarixi haqsızlığa 1991-ci il Milli Məclisin qərarı ilə son qoyulmuş  və  tarixi Xankəndi adı bərpa olunmuşdur. 
    Dağlıq Qarabağın mərkəzi Qarqar çayın sahilində, Qarabağ dağ silsiləsinin şərq ətəyində yerləşən Xankəndi şəhəri, Respublikanın ən inkişaf etmiş sənaye mərkəzlərindən biri olmuşdur. Burada yüngül və yeyinti sənayesi inkişaf etmişdir. Burada bir sıra tikinti istehsalat və tədris istehsalat fabrikləri, avtomobil təmiri, tikinti materialları, mebel fabriki, digər inkişaf etmiş sənaye müəssisələri, orta ixtisas məktəbləri və ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Lakin işğal nəticəsində əhaliyə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir,sözü gedən müəssisələr düşünülmüş şəkildə məhv edilmişdir. Əhali arasında ölənlər, yaralananlar və girov götürülənlər olmuşdur.
     Daha sonra söz Xankəndi şəhər millət vəkili Flora xanım Qasımovaya verilmişdir. Flora xanım da öz növbəsində Xankəndi şəhərinin tarixi haqqında geniş məlumat vermişdir.
    Sonda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanmış “Xankəndi” adlı sənədli filmin təqdimatı olmuşdur.
 

Keçidlər