Şriftin ölçüsü :

Saytın rəngi :

MÜSTƏQİLLİYƏ APARAN QANLI YOL.

18 yanvar 2016 | 16:00

                                      
18 Yanvar  2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində  “20 Yanvar Faciəsi”nin 26-cı il dönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbir ilk olaraq Ulu Öndərin abidəsinin ziyarəti  ilə başlanılmışdır. Abidənin önünə ehtiram əlaməti olaraq tər gül dəstələri düzülmüşdür.  İlk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi, daha sonra tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva xalqımızın başına  gətirilən müsibətlər barədə tədbir iştirakçılarına geniş məlumat veridi. Çıxışında vurğuladı ki, bu günki tədbirimizin əsas məqsədi insanlığa qarşı törədilmiş bu ağır cinayəti bir daha xatırlamaq  və yaddaşlara daha dərin həkk etməkdir. Heç bir xalq, heç bir millət, heç bir dövlət belə sabahı üçün yaşayacağı hansısa bir bədbəxt hadisədən və ya tarixi məğlubiyyətdən sığortalanmır. Azərbaycan xalqı belə. Ancaq xalqımızın ən əvəzedilməz xarakteri, xüsusiyyəti ondan ibarətdir ki, bütün bu tarixi çətinliklərə baxmayaraq heç bir zaman öz mübarizə əzmini itirməmiş və düşmənlərinə qarşı hər zaman qətiyyətlə mübarizə aparmışdır.   Daha sonra söz Xocalı rayon İcra  hakimiyyətinin başçısı Şahmar Usubova verildi. Cənab Başçı çıxışında bildirdi ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Cox nadir hallarda bu iki məqam ust-ustə duşur. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa cəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar  üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu  ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.  Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldurulmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin muxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqcular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cumlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı gullələrin torətdiyi yanğınlar nəticəsində kulli miqdarda dovlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...  Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. 20 Yanvar faciəsinə dovlət səviyyəsində tam  siyasi-huquqi qiymət verilməsi məsələsi umummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Onun tövsiyəsi ilə 1994-cu ilin fevral ayında Milli Məclisin xususi sessiyası kecirilmişdir. Sessiya 1990-cı il yanvarın 20-də Sovet Silahlı Quvvələrinin Bakı şəhərinə və respublikanın bir necə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin mudafiəsi naminə kucələrə cıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavuz və cinayət kimi qiymətləndirmişdir. Xalq hərəkatını boğmaq ucun 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dovləti və hokuməti rəhbərliyinin, o cumlədən şəxsən Mixail Qorbacovun Azərbaycan xalqına qarşı ağır cinayət torətdiyi qeyd olunmuşdur. Eyni zamanda, xalqa qarşı torədilən hərbi təcavuzə gorə məsuliyyətin o dovrdəki respublika rəhbərliyinin (Əbdurrəhman Vəzirov, Ayaz Mutəllibov, Viktor Polyanicko, Vaqif Huseynov) uzərinə düşdüyü, onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunmuşdur.
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hurriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider Heydər Əliyevin soylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən cox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.   Həm də əbədi olaraq!    Tədbir rayon Mədəniyyət evinin təşkilatçılığı ilə  hazırlanmış bədii kompozisiya ilə davam etdi.

 

 

 

Keçidlər