QÜRURUMUZUN 26 YAŞI.
19 yanvar 2016-cı il tarixdə Goranboy şəhərində Xocalılar üçün salınmış yeni yaşayış massivində YAP Xocalı rayon Təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş “Hərkəsə bir şam “ adlı tədbir keçirmişlər. İlk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi, daha sonra tədbiri giriş sözü ilə açan YAP Xocalı rayon Təşkilatı Gənclər Birliyinin sədri Abışova Aynurə 20 Yanvar Faciəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Tədbirdə YAP Xocalı rayon Təşkilatının sədr müavinləri Ramiz Qəhrəmanov və Ceyhun İbişovda iştirak etmiş və faciə haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdürlər. Sonda Ulu tanrıdan şəhidlərimizə rəhmət diləmiş və şəhidlərimizin xatirəsinə şamlar yandırılmışdır.