2015-ci ilin sosial-iqisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı.
18.02.2016-cı il tarixdə saat 11:00-da Xocalı rayon İcra hakimiyyətinin akt zalında rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubovun 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağaəli Əhmədov, Millət vəkilləri Elman Məmmədov və Flora Qasımova, həmçinin rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Hesabat yığıncağında Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubovun hesabatı dinlənildi.
Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubovun məruzəsi ətrafında Xocalı rayon Maliyyə Şöbəsinin müdiri İlqar Əliyev, Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Xocalı şəhər inzibati ərazi dairəsi üzrə İcra nümayəndəsi Sovet Allahverdiyev, Azərbaycan Respublikası Milli Qəhrəmanlar İctimai Birliyi Xocalı rayon şöbəsinin sədri Fiqurə Rüstəmova çıxış etdilər.
Daha sonra yerlərdə əyləşən tədbir iştirakçıları öz təkliflərini bildirdilər və səslənən təkliflərin, müraciətlərin müvafiq qaydada ümumiləşdirilib başçıya təqdim edilməsi məsul işçilərə tapşırıldı.
Təklif və müraciətlər dinlənildikdən sonra çıxış üçün söz Azərbaycan Respublikası Milli Məclisinin deputatları Elman Məmmədov, Flora Qasımovaya və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağaəli Əhmədova verildi.
Yığıncağın qərar layihəsi təqdim edildi, səsə qoyuldu və qəbul edildi. Tədbirin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə hazırlanmış müraciət oxundu, səsə qoyuldu və qəbul edildi. Daha sonra Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar olaraq Xocalı köçkünlərinin Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti qəbul olundu.
Yekun olaraq Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubovun son sözü dinlənildi.