Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağın tarixi Xocalı” mövzusunda intellektual oyun.

22 fevral 2016 | 16:00

22.02.2016-cı il tarixdə Xocalı rayon Gənclər və İdman İdarəsi və Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət Evində Xocalı rayon Gənclərinin bilik səviyyəsinin ölçülməsi məqsədilə “Qarabağın tarixi Xocalı” mövzusunda intellektual oyun keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva şagirdlərin intellektual bacarıqlarının ölçülməsi məqsədilə belə bir təşəbbüs həyata keçirdiklərinə görə Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin direktoru Fəxrəddin Həsənzadəyə və Qarabağ Ofisinin direktoru İradə xanım Qafarovaya öz minnətdarlığını bildirmiş və iştirakçılara uğurlar arzulamışdır.
Müsabiqədə iştirak etmək üçün Xocalı rayonundan olan 5 tam orta məktəbin şagirdlərindən ibarət 8 komanda təşkil olunmuşdur.Şagirdlərin Qarabağın tarixi, coğrafiyası haqqında dünyagörüşü və biliklərinin yoxlanılması məqsədilə müxtəlif mövzular ətrafında suallar səsləndirilmişdir.
Müsabiqənin qalibi Xocalı şəhər 4 saylı tam orta məktəbinin şagirdlərindən ibarət “Niaqara” komandası olmuşdur.
Tədbirin sonunda intellektual bilik yarışmasının qalibləri mükafatlandırılmışdır.
 

Keçidlər