Şriftin ölçüsü :

Saytın rəngi :

24 yaşlı faciəmiz.

25 fevral 2016 | 16:00

25.02.2016-cı il tarixdə saat 19:00-da YAP Xocalı rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Goranboy rayon Yeni Yaşayış massivində yerləşən Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önündə Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş “Xocalıya ədalət” kompaniyası çərçivəsində anım tədbiri keçirildi. Tədbirdə Şəhidlərə həsr edilmiş musiqili kompozisiya tədbir iştirakçıları qarşısında ifa edildi. Tədbirdə Xocalı qurbanlarının xatirəsi yad edildi, şəhidlərə həsr edilmiş şerlər söylənildi, qəmli mahnılar səsləndirildi. Tədbirdə iştirak edən YAP Xocalı rayon Təşkilatının sədri Vahid Əliyev və YAP Xocalı rayon Gənclər Birliyinin sədri Aynurə Abışova və digər nümayəndələr tədbirdə əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirdilər.
Sonda şəhidlərimizin xatirəsinə şamlar yandırıldı.
 

Keçidlər