Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar ümumrayon tədbiri.

26 fevral 2016 | 16:00

26.02.2016-cı il tarixdə saat 11:00-da Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayon Yeni Yaşayış massivində və Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin rayon ictimaiyyəti iştirak edirdi. Tədbir ilk öncə Goranboy rayon Yeni Yaşayış massivi və Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidələri ziyarət etməklə başladı. Tədbir iştirakçıları abidələrin önünə qərənfillər düzdülər. Daha sonra tədbir Goranboy rayonunda yerləşən “Bahar” şadlıq sarayında və Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən “Ramal” şadlıq sarayında açılmış ehsan süfrəsi ilə davam etdirildi.

Keçidlər