Şriftin ölçüsü :

Saytın rəngi :

"NOVRUZ" Şənliyi.

18 mart 2016 | 16:00

18.03.2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon mədəniyyət evində xalqımızın milli bayramı olan Novruz Bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbri giriş sözü ilə açan Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov tədbir iştirakçılarını ürəkdən təbrik etmiş, gələcək bayram şənliklərinin öz doğma torpaqlarımızda-Qarabağımızda keçirilməsini arzulayaraq bayram tonqalını yandırmışdır. Tədbirdə milli xörəklərimiz bişirilmiş, xalqımızın milli adət-ənənələrinə uyğun səhnəciklər təşkil olunmuş, at yarışları, xoruz döyüşləri keçirilmiş,  yumurta döyüşdürülmüşdür. Bayramın rəmzi olan Kosa ilə keçəlin iştirakı tədbirə xüsusi rəngarənglik qatmışdır. Tədbir musiqi kompazisiyası ilə davam etdirilmişdir.

Keçidlər