Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon ictimaiyyətinin ordumuza dəstək kompaniyası

05 aprel 2016 | 16:00

               Xocalı rayon İctimaiyyətinin ordumuza dəstək kompaniyası

04.04.2016-cı il tarixində Xocalı rayon İcra Hakimiyyətinin və YAP-nın Xocalı rayon təşkilatçılığı ilə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət evində son günlərdə cəbhə bölgələrimizdə müşahidə olunan gərginliklə bağlı ordumuza dəstək aksiyası həyata keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan İHB-nın müavini Lamiyə Qarayeva bildirmişdir ki, 02.04.2016-cı tarixindən etibarən Ermənistan hərbi qüvvələri ölkəmizə qarşı təxribat  xarakterli əməllərinə yenidən start verərək cəbhə xəttində ciddi gərginlik yaratmışlar. Həmçinin mənfur düşmənlərimiz hər zaman olduğu kimi yenə də mülki əhalimizi əsas hədəf obyektinə çevirilmişlər. Lakin rəşadətli əsgərlərimizin güclü səyi nəticəsində düşmənlərimizə sarsıdıcı zərbələr endirilmiş və mühüm strateji əhəmiyyətli mövqelərimizdə üstünlüyü ələ keçirmişlər. Bu günkü tədbirimizin məqsədi də məhz elə bu istiqamətdə ordumuza dəstək kompaniyasının həyata keçirilməsidir.
Daha sonra isə məhz bu mövzu ətrafında Xocalı rayon ictimaiyyətinin fikirləri dinlənilmişdir.
Çıxış edənlərdən Xocalı rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov, YAP-nın Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, Mədəniyyət və Turizm şöbəsinin müdiri Göyüş Həsənov, Gənclər və İdman İdarəsinin nümayəndəsi Ramiz Aliyev, Xocalı şəhər 4 saylı tam orta məktəbin əməkdar müəlliməsi Xalidə Əmiraslanova, Xocalı rayon prokuroru Şıxəli Alməmmədov bildirmişlər ki, Qarabağ kimi ağır probleminə baxmayaraq, Azərbaycanda aparılan düzgün siyasət ötən dövrdə  ölkəmizə müstəqil dövlət quruculuğunda dünyanın etiraf etdiyi böyük uğurlar qazandıra bilmişdir. Ulu öndər Heydər Əliyev siyasi kursunun cənab prezident  İlham Əliyev tərəfindən düzgün davam etdirilməsi hüquqi, demokratik dövlətin qurulmasına güclü iqtisadiyyatın əsasının qoyulmasına, beynəlxalq aləmdə  layiqli yerin tutulmasına gətirib çıxarmışdır.
Torpaqlarının bir hissəsinin işğalda olduğuna görə ölkəmiz  hər zaman  öz silahlı qüvvələrinin inkişafını xüsusi diqqətdə saxlamalı olub. Bu gün Azərbaycan  Milli ordusu ən müasir silahlarla silahlanmış, hərbi peşəkarlığı artmış, hərbi büdcəsi Ermənistanın illik büdcəsindən dəfələrlə yüksək səviyyəyə çatmışdı.
Ümumiyyətlə, Dağlıq  Qarabağ  problemi iki dövlət arasında məsələdən çıxaraq beynəlxalq siyasətin gündəliyində aktual məsələyə çevrilmişdir.  Artıq bütün dünya da fərqindədir ki, Ermənistanın beynəlxalq hüquq normalarına hörmət etməməsi, Azərbaycanın ərazi bütövlüyünü tanımaması problemin həllini uzadır, regionun gərginlik ocağı kimi qalmasına şərait yaradır.
Ancaq Ermənistanın inadına baxmayaraq, problemin həlli artıq yetişmiş və bu problemi ilk növbədə, Azərbaycan dövləti özü həll edəcəkdir. Buna onun müasir düşüncəsi, ciddi hazırlıq səviyyəsi və ədalətin həmişə qalib gəlməsi faktı imkan verəcəkdir.

Keçidlər