Şriftin ölçüsü :

Saytın rəngi :

BQXK-nin Azərbaycandakı nümayəndəliyinin bir il ərzində gördüyü işlərlə bağlı hesabat yığıncağı.

03 may 2016 | 16:00

03.05.2016-cı il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin Xocalı, Ağdam, Ağcabədi, Ağstafa, Daşkəsən, Füzuli, Qazax, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Tovuz, Bərdə və Kəlbəcər rayon İcra hakimiyyəti başçılarının İctimai-siyasi və humanitar məsələlər üzrə müavinləri ilə görüşü olmuşdur. Görüşdə əsasən nümayəndəliyin Dağlıq Qarabağ münaqişəsinin təsirlərinə məruz qalan, əsasən də təmas xəttinə və  Ermənistanla beynəlxalq sərhədə yaxın ərazilərdə yaşayan insanlar naminə həyata keçirdiyi humanitar fəaliyyət müzakirə olundu. Tədbirdə həmçinin son günlərdə cəbhə xəttində müşahidə olunan gərginliklərlə bağlı məsələlərə də toxunuldu. Cəbhə xəttinə yaxın ərazilərdə yerləşən rayonların nümayəndələri öz çıxışlarında belə ağır günlərdə onlara dəstək olduqlarına görə BQXK-nin müvafiq nümayəndəliyinə öz minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda  BQXK-nin Bərdə nümayəndəliyinin başçısı Katya Sorinin bir illik fəaliyyəti dövründə gördüyü işlərlə bağlı hesabat məruzəsi dinlənildi.

Keçidlər