28 May “Respublika Günü” ilə bağlı ümumrayon tədbiri.
27.05.2016 – cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində 28 May “Respublika Günü” ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə, təşkilat nümayəndələri və rayon ictimaiyyəti iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB – sının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva bildirmişdir ki, artıq ölkəmizdə hər il 28 May tarixi “Respublika günü” kimi qeyd olunur. Ümumiyyətlə, bu tarixin Azərbaycan dövlətçiliyinin inkişafında rolu nədən ibarətdir? Əgər nəzərə alsaq ki, bugünki müstəqil Azərbaycan Respublikası 1918 – ci il mayın 28-də öz istiqlaliyyətini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir, onda daha da aydın olar ki, bugünkü müstəqil, demokratik Azərbaycan Respublikası öz tarixi başlanğıcını 1918-ci il milli azadlıq hərəkatının nəticəsi olan Azərbaycan Xalq Cumhuriyyətindən götürmüşdür. Ona görə də bugünki müstəqil demokratik Azərbaycan Respublikası öz mövcudiyyəti ücün mənəvi olaraq ona borcludur. Daha sonra çıxış edən Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov öz məruzə və çıxışında bildirmişdir ki, Azərbaycan Xalq Cumhuriyyəti mövcud olduğu 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan 23 aylıq müddət qısa bir müddət olsa da bu mövcudiyyəti dövründə olduqca böyük işlər görmüşdür. Ən əsası isə budur ki, xalqımız öz milli dövlətçiliyinə qovuşmuş, istiqlaliyyət hissini yaşamışdır. Bu dövlətin yaradıcıları olan M.Rəsulzadə, N.Vəzirov, Ə.Topçubaşov, F.Xoyski və digər istiqlalçılar milli dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsi istiqamətində əllərindən gələni əsirgəməmişlər. Həmin dövrdə Azərbaycan Milli Şurasının qəbul etdiyi “İstiqlal Bəyannaməsi “ Azərbaycan Xalq Cumhuriyyətinin daxili və xarici siyasətinin əsas prinsiplərini özündə ehtiva edərək dünya birliyinə elan etmişdir. Sözsüz ki, Azərbaycan Xalq Cumhuriyyətinin varisi olan müasir Azərbaycan demokratik Respublikasının iqtisadiyyatının, mədəniyyətinin, incəsənətinin inkişaf etdirilməsində, xalqımızın sosial rifah halının yaxşılaşdırılmasında, milli dövlətçilik ənənələrimizin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsində ümumilli liderimizin və siyasi kursun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev cənablarının xidmətləri olduqca təqdirəlayiqdir.