Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı ümumrayon tədbiri.

01 iyun 2016 | 16:00

01.06.2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı şəhər 1 saylı Körpələr evi-Uşaq bağçasında 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov başda olmaqla rayonun idarə, müəssisə və təşkilat nümayəndələri iştirak edirdilər. Cənab Şahmar Usubov çıxış edərək bildirmişdir ki, 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən  Uşaqların Beynəlxalq Müdafiəsi Gününün  qeyd olunması qərara alınıb.  Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

 

Keçidlər